İraqda baş verən son hadisələr, 25 Yanvar 2023

Çərşənbə 25 Yanvar 2023 - 23:43
https://az.iswnews.com/?p=18314

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının mücahidləri və İraq təhlükəsizlik qüvvələri Səlahəddin əyalətində yerləşən Samirra şəhərinin cənub bölgələrində İŞİD qalıqlarını həbs etmək üçün birgə təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
– Yanvarın 19-da Bağdad vilayətinin Yusifiyyə bölgəsində amerikalı işğalçıların logistika karvanına İraq müqavimət dəstələri hücum edib.

Daha çox oxuyun: Bağdadda amerikalı terrorçuların logistika karvanına hücum olub

– Yanvarın 22-də Həşd-Şəəbi qüvvələri Diyalə əyalətində Əl-Vəqf, Şimali Miqdadiyyə və Şervin məntəqələri də daxil olmaqla beş mühüm istiqamətdə genişmiqyaslı təhlükəsizlik əməliyyatına başlayıb.
– Yanvarın 24-də İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi BMT-nin İŞİD-in cinayətləri üzrə istintaq qrupunun rəhbəri və xüsusi müşaviri Kristian Riçerlə görüşüb və söhbət edib.
– Yanvarın 24-də İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim Əl-Əərəci NATO-nun birgə qüvvələrinin komandanı general Stüart Münşlə görüşüb söhbət edib. Bu görüşdə Əl-Əərəci vurğulayıb ki, İraq hökuməti təhlükəsizlik qüvvələrinin bacarıq və istedadlarını inkişaf etdirmək üçün NATO ilə əlaqələri gücləndirməyə ciddi yanaşır.
– Yanvarın 25-də naməlum silahlı şəxslərin Bağdadın qərbindəki Qəzaliyyə məntəqəsində İraq polis qüvvələrinə atəş açması nəticəsində bir iraqlı hərbçi şəhid olub, bir nəfər isə yaralanıb.

2- Səlahəddin:
– Yanvarın 24-də İraq Dövlət Təhlükəsizliyi Xidməti Səlahəddin əyalətinin müxtəlif ərazilərində İŞİD terror qruplaşmasının 6 üzvünün həbs edildiyini açıqlayıb.
– Yanvarın 24-də Həşd-Şəəbi Təşkilatının mücahidləri və İraq təhlükəsizlik qüvvələri Səlahəddin əyalətində yerləşən Samirra şəhərinin cənub bölgələrində İŞİD qalıqlarını həbs etmək üçün birgə təhlükəsizlik əməliyyatına başlayıb.

3- Kərkük:
Yanvarın 18-də Kərkük vilayətində yerləşən Əl-Huli – Süleymaniyyə yolunda İraq polisinin avtomobilinə naməlum silahlı ünsürlərin hücumu nəticəsində iki iraqlı hərbçi şəhid olub.

4- Neynəva:
İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim Əl-Əərəci Suriyadakı Əl-Hul düşərgəsindən 142 iraqlı ailənin Mosuldakı Əl-Cədəə düşərgəsinə köçürüldüyünü açıqlayıb.

5- Diyalə:
Yanvarın 23-də İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmari yüksək rütbəli nümayəndə heyətinə başçılıq edərək, təhlükəsizlik vəziyyəti ilə əlaqədar baş çəkmək üçün Diyalə vilayətinə səfər edib.

6- Yanvarın 22-də İraq müqavimət dəstəsi olan “Təşkil Əl-Varisin” bəyanat yayaraq Suriya, İraq və İordaniya sərhəd üçbucağında yerləşən Ət-Tənəf Amerika bazasına dron hücumunu öz üzərinə götürdü.

Daha çox oxuyun: Suriyanın Ət-Tənəf məntəqəsindəki Amerika bazasına dron hücumu oldu + FOTO

7- İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədr müavini çətin keçilən sərhədlərə nəzarət etmək üçün ölkənin dron alması qərarını açıqlayıb.

Daha çox oxuyun: İraq İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək üçün dron almaq niyyətindədir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir