Orta Asiyada baş verən son hadisələr, 25 Yanvar 2023

Çərşənbə 25 Yanvar 2023 - 19:26
https://az.iswnews.com/?p=18286

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Avropa Xarici Xidmət Ofisi investisiyaların artırılması və kommersiya yüklərinin transferi üçün orta dəhliz marşrutunu bərpa etmək məsələsini qabartmaq məqsədilə Belçikanın paytaxtı Brüsseldə “İpək Yolu ilə əlaqə” adlı mərasim keçirib.

Əfqanıstan:
1- Təxar:
Yanvarın 19-da Taleqan şəhərində qubernatorluq binasının girişində bomba yüklü avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb və yaralanıb. Partlayış əyalətin yerli hakimiyyət rəsmilərinin Talibanın icra hakimi Mövlana Ziaur Rəhman Mədəninin iştirakı ilə iclas keçirərkən baş verib.

2- Qəndəhar:
Yanvarın 18-də Azadlıq Cəbhəsi qrupu video yayımlayıb və Qəndəhar şəhərinin birinci rayonunda Mədəd dörd yolunda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürərək, bu hücumda üç Taliban silahlısının öldürüldüyünü və yaralandığını bildirib. Bu hücumda Azadlıq Cəbhəsinin üzvləri əl qumbarası ataraq Taliban silahlılarının hərbi avtomobilini hədəfə alıblar.

3- Kabil:
– Yanvarın 19-da Kabil şəhərinin 16-cı rayonunda yerləşən Əl-Vəxil kəndində Taliban silahlılarını daşıyan maşına Əhməd Məsud qüvvələrinin pusquya düşməsi nəticəsində iki Taliban silahlısı öldürülüb və ya yaralanıb.
– Yanvarın 22-də İranın Əfqanıstandakı səfiri Həsən Kazemi Qomi Talibanın xarici işlər naziri Moləvi Əmir Xan Möttəqi ilə görüşüb və siyasi, iqtisadi məsələlər və qarşılıqlı mənafe doğuran məsələləri müzakirə edib. Bu görüşdə İranın Kabildəki səfiri Əfqanıstanda su idarəçiliyinə təkid edib və deyib: “Əfqanıstanda su elə idarə olunmalıdır ki, İran öz su haqlarına nail ola bilsin.” Talibanın xarici işlər naziri də bununla bağlı deyib: “Kabil Əfqanıstan və İran arasında 1351 nömrəli Su Müqaviləsinə sadiqdir”.
– Yanvarın 23-də İranın Kabildəki səfiri Həsən Kazemi Qomi və UNAMA-nın (Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Komitəsi) rəhbəri Roza Etanbayeva görüşərək ümumi hökumət, qadın və qızların hüquqları və əfqan qaçqınları ilə bağlı müzakirələr aparıblar. İranın Kabildəki səfiri Həsən Kazemi Qomi BMT-dən İranın bütün imkanlarını əfqan xalqına kömək etmək və əfqan xalqının iqtisadi, sosial və təhsil problemlərinin həllində regional əməkdaşlığı artırmaq üçün istifadə etməyə çağırıb.

– Yanvarın 24-də Əfqanıstanın əvvəlki hökumətində barışıq şurasının rəhbəri Abdulla Abdulla İranın bu ölkədəki səfiri Həsən Kazemi Qomi ilə görüşüb. Bu görüşün təfərrüatları və əsas diqqət mərkəzi iki xalq arasında mövcud vəziyyətin və münasibətlərin araşdırılması təşkil edib.

4- Kapisa:
Yanvarın 22-də naməlum silahlı şəxslər (ehtimal ki, Taliban kəşfiyyat idarəsinin silahlılarıdır) ikinci Hessa rayonunda yerləşən Kaşiktan kəndində Moləvi Laiq adlı sələfi din alimini qətlə yetiriblər.

5- Helmənd:
Yanvarın 23-də “Azadlıq Cəbhəsi” qrupu video yayaraq, Laşkərgah şəhərinin Qəndəhar stansiyasının məhəlləsində Talibanın maşınının yolunda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürərək, Talibanın dörd üzvünün həlak olduğunu və yaralandığını iddia edib.

6- Xost:
Xost şəhərinin əhalisi İsveçdə Qurani-Kərimin yandırılması və İslam müqəddəslərini təhqir edilməsinə etiraz olaraq İsveç hökumətinə qarşı toplaşaraq şüarlar səsləndiriblər. Xost əhalisi həmçinin islam ölkələrindən İsveç hökumətinə təzyiq göstərməyi tələb ediblər ki, bu ölkə İslamın müqəddəslərini təhqir edənləri cəzalandırsın.

7- Yanvarın 22-də Əfqanıstanın Şiə Üləma Şurası İsveçdə Qurani-Kərimin yandırılmasını və İslam müqəddəslərinin təhqir edilməsini pisləyən bəyanat yayıb.

Tacikistan:
1- Yanvarın 17-də Avropa Xarici Fəaliyyət Xidmətinin Belçikanın paytaxtı Brüsseldə yerləşən ofisi Azərbaycan Respublikasının 30 illik yubileyi münasibətilə “İpək Yolu ilə əlaqə” adlı mədəni tədbir şəklində mərasim təşkil etmişdir. Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrin qurulması, Orta Dəhliz marşrut məsələsinin qabardılması və bu marşrutla kommersiya yüklərinin daşınması üçün investisiyaların artırılması bu tədbirin əsas planlarından olub.

Daha çox oxuyun: Orta Dəhliz; Türkiyənin Çinə qoşulması planı!

Qırğızıstan:
1- Yanvarın 18-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general Fəyyaz bin Hamid Əl-Ruveyli Qırğızıstanın hərbi rəsmiləri, o cümlədən müdafiə naziri general-leytenant Bektibek Bekbalatov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Terdik Bayov, Silahlı Qüvvələrin Milli Təhlükəsizlik Şurasının müavini Marat Aman Kolov və Qırğızıstan Baş nazirinin müavini, Milli Təhlükəsizlik Baş Komitəsinin sədri Qomşibek Taşiv ilə görüş və danışıqlar aparmaq üçün hərbi nümayəndə heyətinə rəhbərlik edərək bu ölkəyə səfər edib. Bu görüşdə tərəflər ikitərəfli əlaqələri və hərbi, təhlükəsizlik, terrorizmlə mübarizə və Mərkəzi Asiya regionunda təhlükələrə cavab olaraq praktiki əməkdaşlıq sahələrində əməkdaşlığı müzakirə ediblər.

Daha çox oxuyun: Səudiyyə Ərəbistanının ən yüksək hərbi rəsmisi Qırğızıstana səfər edib + FOTO

Pakistan:
1- Hayber-Paxtunxva:

Yanvarın 18-də Pakistan Ordu qüvvələrinin Şimali Vəziristan bölgəsinin Razmak bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının sığınacağına qarşı əməliyyatı nəticəsində iki Təhrik-e-Taliban Pakistan (TTP) silahlısı öldürülüb.
– Yanvarın 18-də bu ölkənin keçmiş baş naziri İmran Xanın rəhbərlik etdiyi “Pakistan Təhrik-i İnsaf” Partiyasının nəzarəti altında olan Hayber Paxtunxva yerli hökuməti, İslamabad hökumətinə növbədənkənar seçkilərin keçirilməsi üçün təzyiq etmək məqsədi ilə əyalət parlamentinin fəaliyyətini dayandırıb.
– Yanvarın 20-da Qari Həmzə Mücahid adlı Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarından birinin bu əyalətdə yerləşən Camrud Tehsil bölgəsindəki Təxtebig məhəlləsində Pakistan polis bölməsinə kamikadze hücumu nəticəsində üç Pakistan əsgəri həlak olub.
– Yanvarın 21-də Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının Pişavər şəhərinin ətrafındakı Çarsadeh bölgəsində Pakistan polis məntəqəsinə hücumu nəticəsində beş pakistanlı əsgər həlak olub və yaralanıb.

2- Bəlucistan:
Yanvarın 18-də Bəlucistanın Pəncqur şəhərinin sərhəd bölgələrində naməlum silahlı şəxslərin Pakistan Ordusunun (FC) sərhədçilərinə hücumu nəticəsində dörd pakistanlı əsgər həlak olub.

Bu hücumdan sonra silahlı şəxslər İrana qaçıb. Bu hərəkətdən sonra Pakistan hökuməti İrandan hücum edənləri təqib etməyi və həbs etməyi tələb edib.
– Yanvarın 20-də Bolan bölgəsində dəmir yoluna qoyulmuş bombanın partlaması nəticəsində 13 nəfər ölüb və yaralanıb.
Bəlucistan Qurtuluş Ordusu (BLA) partlayışa görə məsuliyyəti öz üzərinə götürüb və partlayış nəticəsində 35 pakistanlı əsgərin öldüyünü və yaralandığını iddia edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir