CENTCOM: Suriyanın şərqində iki İŞİD üzvünü həbs etdik!

Çərşənbə axşamı 24 Yanvar 2023 - 19:25
https://az.iswnews.com/?p=18263

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı Suriyanın şərqində SDQ qüvvələri ilə birgə əməliyyat zamanı iki İŞİD üzvünün həbs olunduğunu elan edib.

Amerika Birləşmiş Ştatlarının Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) verdiyi açıqlamada Suriyanın şərqində İŞİD ünsürlərinə qarşı hava və quru əməliyyatlarının keçirildiyini açıqlayıb.

ABŞ-ın Qərbi Asiyadakı terror qərargahı bəyanatda bildirib:

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın şərqində hava və quru əməliyyatları keçirərək iki İŞİD üzvünü həbs edib”.

Bu açıqlamaya görə, İŞİD-in logistika işlərinə baxan “Əbu Həmzə Əl-Suri” ləqəbli “Abdullah Hamid Muslih Əl-Midad” və İŞİD terrorçusunun əməkdaşlarından olan “Hisam Həmid Əl-Midad Əl-Xeyr” həbs olunub. Bu əməliyyat zamanı bir mülki şəxs də yaralanıb.

Qeyd edək ki, yanvarın 21-də Amerika koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor əyalətində yerləşən neft yatağının yaxınlığındakı Əl-Şəhil qəsəbəsində birgə əməliyyata başlayıb. Əl-Şəhil qəsəbəsinin tam mühasirəyə alınmasından və SDQ qüvvələrinin qəsəbənin girişlərində və əsas küçələrində yerləşdirilməsindən sonra Amerika və SDQ koalisiya qüvvələri “Hamid Əl-Midad”in evinə hücum edərək onu həbs ediblər.

Daha çox oxuyun: Amerika koalisiyası və SDQ qüvvələri Deyr əz-Zorda birgə əməliyyat keçirib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir