Səbuhi Səlimov aclıq aksiyasını davam etdirir

Bazar 22 Yanvar 2023 - 20:49
https://az.iswnews.com/?p=18168

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, birinci Qarabağ müharibəsi qazisi Səbuhi Səlimov onun barəsində çıxarılan məhkəmə qərarına etiraz əlaməti olaraq bir neçə gündür ki, aclıq aksiyasıına başlayıb.

Bu fəal dindar dekabrın 11-dən saxlanıldığı Kürdəxanı 1 saylı təcridxanada aclıq aksiyasına başlayıb. Belə ki, Səbuhi, barəsində apelliyasi şikayəti verdiyi məhkəmə qərarını rədd edir və bunu qanunsuz adlandırır. Barəsindəki qərarın qurma olduğunu söyləyən Səbuhi Səlimov, qərara yenidən baxılaraq doğru hökm çıxarılmayana qədər aclıq aksiyasını dayandırmayacağını söyləyib. Səbuhi Səlimov artıq 12 gündür ki, aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, Səbuhi Səlimov 2021-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir