Suriyada baş verən son hadisələr, 21 Yanvar 2023

Şənbə 21 Yanvar 2023 - 23:42
https://az.iswnews.com/?p=18158

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa əyalətində davam edən iğtişaşlar və məqsədyönlü sui-qəsdlər fonunda Suriyanın təhlükəsizlik qüvvələrindən biri Novi şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

1- Hələb:
– Yanvarın 16-da Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb bölgəsində Rusiya hərbi polis qüvvələri ilə Türkiyə ordusunun birgə patrul xidməti həyata keçirilib.
– Yanvarın 10-da Hələbin qərbində yerləşən Kəfərəmə kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya zərbələri ilə hədəfə alınıb.

2- İdlib:
– Yanvarın 18-də Təhrir Əş-Şam terrorçuları İdlibin cənub-şərqində yerləşən Maarat Maxs cəbhəsində havanın dumanlı olmasından və kifayət qədər görmə qabiliyyətinin olmaması səbəbindən sui-istifadə edərək Suriya ordusunun qərargahına hücum edib. Həmin hücumua Suriya ordusu cavab verib.

Daha çox oxuyun: İdlibin cənubunda Suriya ordusu ilə terrorçular arasında qarşıdurma baş verib

– Firqətul-Ğurəba terrorçuları Suriya ordusunun İdlibin cənubunda yerləşən Cəbəl Əz-Zaviyə bölgəsinə hücumları nəticəsində “Əbu Həmzə Əl-Fərənsi”nin öldüyünü bildiriblər.

3- Dəraa:
Yanvarın 20-də Suriya təhlükəsizlik qüvvələri Muzəyrib qəsəbəsinin şimalında Əl-Əlaaf məktəbinin yaxınlığında İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən biri Əbu Ömər ləqəbli Məhəmməd Əli Əl-Şağurinin evinə hücum edib. Nəticədə İŞİD ünsürləri ilə silahlı qarşıdurma yaşanıb.

Daha çox oxuyun: Suriyanın Dəraa vilayətində İŞİD-in cəbhə komandiri öldürüldü

– Yanvarın 16-da Suriyanın təhlükəsizlik qüvvələrindən biri Novi şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Dəraanın şərqində Bəsri meydanı yaxınlığında Suriya polisinin patrul avtomobilinin yoluna qoyulan bombanın partlaması nəticəsində bir suriyalı polis şəhid olub, beşi mülki şəxs olmaqla yeddi nəfər ağır yaralanıb.

Daha çox oxuyun: Dəraa vilayətində Suriya polisinə aid avtomobilin yolunda bomba partlayıb

4- Deyr əz-Zor:
İsrailin ALMA araşdırma mərkəzi Deyr əz-Zor hava limanının peyk görüntüsünü dərc edərək, bu hava limanında ən azı bir İran dronunun yerləşdirildiyini iddia edib.

Daha çox oxuyun: Suriyanın Deyr əz-Zor vilayətinin hava limanında İran dronları yerləşdirilib + FOTO

5- Raqqa:
Yanvarın 15-də naməlum silahlı ünsürlərin Təbqə hərbi hava limanının ətrafı ərazisində Suriya ordusu qüvvələrinə hücumu nəticəsində bir suriyalı əsgər şəhid olub.
Suriya Demokratik Qüvvələri (SDQ) Raqqanın şimalında yerləşən “Əl-Şərkə” kəndində təhlükəsizlik əməliyyatına başlayıb və bu əməliyyat zamanı bu kəndin xeyli sakinini həbs edib.

6- Həsəkə:

– Suriya Demokratik Qüvvələri bir sıra zabitlərin və Amerika koalisiya qüvvələrinin iştirakı ilə Şaddadi bazasında hərbi təlim keçirib.

Daha çox oxuyun: Amerika koalisiyası Suriyanın Həsəkə vilayətində SDQ qüvvələrinə təlim keçir

– Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə əyalətində əməliyyatlarını davam etdirərək Türkiyə ilə sərhədə yaxın ərazilərdə, şəhər mərkəzlərində və hərbi qərargahlarının ətrafında xəndəklər və tunellər qazır və son həftələrdə yerli işçiləri işə götürərək bu cür fəaliyyətlərin sayını artırıb.

7- Homs:
Yanvarın 20-də Ət-Tənəf Amerika bazası naməlum şəxslər tərəfindən dron hücumuna məruz qalıb. Nəticədə, Azad Suriya Ordusunun (keçmiş Məğavir Əl-Səvrə) iki üzvü yaralanıb.

Daha çox oxuyun: Suriyanın Ət-Tənəf məntəqəsindəki Amerika bazasına dron hücumu oldu + FOTO

8- Yanvarın 14-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində əsgərlərindən birinin həlak olduğunu açıqlayıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, bu əsgər kürd silahlılarının Türkiyə ordusunun Suriyanın şimalındakı mövqelərinə raket zərbəsi endirməsi nəticəsində ağır yaralanıb və aldığı xəsarətlər səbəbindən tibb mərkəzinə yerləşdirildikdən sonra həlak olub.

Daha çox oxuyun: Suriyanın şimalında bir türk əsgəri həlak olub

9- Yanvarın 14-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriyaya səfəri zamanı bu ölkənin prezidenti ilə görüşüb müzakirələr aparıb.

Daha çox oxuyun: İranın xarici işlər naziri Suriya prezidenti ilə görüşüb + FOTO

10- Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Suriyanın sərhəd zolağı daxilində hərbi əməliyyatlara başlamağa hazırdır. O, əlavə edib: “Rusiyanın sülhü bərqərar etmək səyləri Türkiyənin Suriyanın şimalında yeni əməliyyata başlamaq variantından imtina etməsi demək deyil.”

Daha çox oxuyun: Kalın: Türkiyənin Suriyada quru əməliyyatı hər an başlaya bilər

11- Yanvarın 21-də Türkiyənin Müdafiə Nazirliyi “Sülh Çeşməsi” əməliyyat bölgəsində iki kürd silahlısının həlak olduğunu açıqlayıb.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir