2022-ci ildə işğal olunmuş Fələstin torpaqlarında ən əhəmiyyətli müqavimət əməliyyatları

Bazar 22 Yanvar 2023 - 16:23
https://az.iswnews.com/?p=18118

2022-ci il əksər fələstinlilərin “müqavimət” etməkdə birləşdiyi il kimi yadda qalan oldu. 2022-ci il Qəzza və İordan çayının qərb sahilindəki Fələstin müqavimət dəstələrinin sionistlərlə qarşıdurma üçün daha böyük birlik ili oldu. Statistikaya görə, ötən il 12188-dən çox əməliyyat nəticəsində 31 sionist öldürülüb, 525-dən çoxu isə yaralanıb.

2022-ci ildə 3 günlük müharibə və ya “Vəhdətus-Sahat” (Meydanların Birliyi) adlandırdıqları müharibə Fələstin müqavimət dəstələrinin dönüş nöqtələrindən biri oldu. Bu müharibənin ilk alovu Cenində başlasada, lakin davamı Qəzzada olan bütün müqavimət dəstələrinin birbaşa və ya dolayısı ilə bu müharibəyə dəstək olaraq, rejimlə hərtərəfli döyüşə girmək oldu.

Bu döyüşün mahiyyəti İordan çayının qərb sahilindəki İslami Cihadın yüksək rütbəli komandirlərindən biri olan Basim Əl-Səidinin avqustun 2-də gecə yarısı Cenin düşərgəsində həbs edilməsi ilə başladı. Bir neçə dəqiqə sonra Basim Əl-Səidin həbs olunduğu yerdən qanlı görüntülər yayımlandı. İslami Cihad komandirləri Əl-Səidin vəziyyətindən narahat idilər. Vəziyyət gərginləşmişdi. Nəhayət, üç günlük münaqişədən sonra, avqustun 5-də Qəzza ilə İsrail rejimi arasında münaqişə başladı. Üç gün davam edən bu münaqişə nəticədə 51 fələstinli şəhid oldu.

Əksər fələstinlilərin müqavimətə meylini daha yaxşı başa düşmək üçün burada 7-10 dekabr tarixlərində işğal olunmuş Fələstində keçirilən sorğuya istinad etmək lazımdır. Bu sorğuya görə, fələstinlilərin əksəriyyəti müqavimət əməliyyatlarının tərəfdarı olub və onları artırmaq istəyiblər. Fələstin Siyasi Araşdırmalar Mərkəzinin apardığı bu sorğuya görə, iştirakçıların 72 faizi Ərinul-Usud kimi müqavimət dəstələri dəstəkləyib. Həmçinin bu sorğuda iştirak edənlər bildiriblər ki, İsmayıl Həniyyə ilə Mahmud Abbas arasında seçki keçirilsə, 54% Həniyyəyə, 34% isə Abbasa səs verəcək ki, bu da Fələstin xalqı arasında müqavimət ruhunun artdığını göstərir.

2022-ci ildə, xüsusilə İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə insanlar və müqavimət dəstələri tərəfindən əməliyyatların əhəmiyyətli dərəcədə artdığını gördük. Sionist rəsmilərin fikrincə, intifada (fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı) kimi bir il idi.

Keçən il fərdi müqavimət və şəhadət əməliyyatları sionistlərdən itki almaq, onları İordan çayının qərb sahilindən və Qüdsdən qovmaq məqsədi ilə müxtəlif əməliyyatların başlaması üçün qığılcım oldu. Bu, sonradan hərbi hədəflərə hücum etmək üçün mütəşəkkil silahlı hərəkətlərə çevrildi. İordan çayının qərb sahilində yerləşən Cenindəki Sərayəl-Qüdsun bir qolu olan Cenin batalyonu və həmçinin, Nablusdakı Ərinul-Usud müqavimət dəstəsi 2022-ci il üçün müqavimətin təcəssümü və mübarizənin simvolu oldular. Bunlar ən çox əməliyyat və mübarizə edən silahlı dəstələr oldular.

Məhz bu əməliyyatların nəticəsində ötən il statistik məlumatlara görə, əksəriyyəti hərbçi olmaqla 31 sionist öldürüldü. Həmçinin, 525-dən çox sionist yaralandı. Bunlar hamısı, 12188-dən çox əməliyyat nəticəsində baş verdi. O cümlədən, silahlı atışma, bıçaqla hücum, maşınlarla hədəf almaq, hərbi maşınlara və yerlərə hücum, sionist mühacirlərlə üzbəüz qarşıdurma kimi əməliyyatlar.

Fələstində ən əhəmiyyətli müqavimət əməliyyatları aşağıdakılardır:

1: 22.3.2022-ci il tarixində Ən-Nəqb əməliyyatı sionistlərin öldürülməsinə səbəb olan ilk mühüm əməliyyat idi. Nəticədə 4 sionist həlak olub, daha 2 nəfər yaralanıb. Bu əməliyyatın icraçısı Ən-Nəqb vilayətinin Hura məntəqəsi sakini, məhbus olub və əməliyyatdan bir neçə müddət əvvəl azadlığa buraxılan Məhəmməd Əbül Qiaan olub.

Şəhid Məhəmməd Əbül Qiaan
Şəhid Məhəmməd Əbül Qiaanın şəhadət anı

2: 27.03.2022-ci il tarixində İbrahim və Əmin Əğbariyyə Əl-Xədrə məntəqəsində əməliyyat keçirdilər, nəticədə 2 sionist polisi öldürüldü, 12 nəfər yaralandı.

Öldürülən İki sionistin şəkli

3: 29.03.2022-ci il tarixində şəhid Ziya Həmarişə Tel-Əvivin “Bnei Brak” məntəqəsində 5 israillinin ölümü və 12 nəfərin yaralanması ilə nəticələnən əməliyyat keçirdi.

Şəhid Ziya Həmarişə
Ziya Həmarişənin əməliyyat anı

4: 04.07.2022-ci il tarixində işğal altında olan Tel-Əviv şəhərinin Dizenkov prospektində Ceninli şəhid Rəəd Xazim tərəfindən həyata keçirilən silahlı atışma əməliyyatında 3 sionist həlak olmuş, 15 nəfər yaralanmışdır.

Şəhid Rəəd Xazim

Rəəd Xazim əməliyyatdan sonra hadisə yerini tərk etmiş, polis və ordu qüvvələri onu bir neçə saat təqib etmişdilər. Tel-Əvivdə saatlarla təhlükəsizlik tədbirləri davam etdirilmiş, ictimai nəqliyyat vasitələri dayandırılmış və sionistlərdən evlərini tərk etməmələri istənilmişdir.

Əməliyyat əsnasındakı vəziyyət

Sayeret Matkal Xüsusi Təyinatlıları Tel-Əvivə çağırılmış və onu tapmaq üçün ev-ev axtarışlarına başlanılmışdır. Nəhayət, o, səhər saatlarında Yafa şəhərində silahlı qarşıdurmada şəhid olmuşdur.

Şəhid Rəəd Xazim

Livanın Hizbullah Hərəkatı və Fələstin müqavimət dəstələri bu əməliyyatı təbrik etdilər və Fələstinin əksər bölgələrində insanlar şirniyyat paylayaraq öz sevinclərini digərləri ilə bölüşdülər. Rəədin keçirdiyi əməliyyatdan bir müddət sonra onun qardaşı Əbd-Xazim də Cenindəki qarşıdurmada şəhid oldu.

5: 29.04.2022-ci il tarixində iki şəhid Yusif Məri və Məhəmməd Asi Karlo silahı ilə “Ariel” qəsəbəsinin mühafizəçisinə atəş açdılar və bu, onun ölümünə səbəb oldu.

Yusif Məri və Məhəmməd Asi
Ariel qəsəbəsinin mühafizəçisinə atəş anı

6: 05.05.2022-ci il tarixində iki müqavimət mücahidi, 19 yaşlı Əsəd Yusif Əl-Rifai və 20 yaşlı Subhi İmad Əbu Şəqir Tel-Əvivin şərqindəki “Əl-Aad” qəsəbəsində əməliyyat keçirib. Onlar bu əməliyyatı balta və bıçaqla həyata keçiriblər, nəticədə üç sionist ölüb, dörd nəfər yaralanıb. Mücahidlər qaça bilsələr də, üç günlük təqibdən sonra həbs ediliblər.

Əsəd Yusif Əl-Rifai və Subhi İmad Əbu Şəqir

7: 13.05.2022-ci il tarixində Cenin düşərgəsi yaxınlığındakı Əl-Hədəf məhəlləsində Cenin batalyonunun mücahidləri ilə sionist qüvvələr arasında silahlı qarşıdurma zamanı rejimin Neum Raz adlı zabitlərindən biri öldürüldü.

8: 14.09.2022-ci il tarixində Əl-Cəlmə keçid məntəqəsi ətrafında şəhidlər 23 yaşlı Əhməd Əymən İbrahim Abid və 22 yaşlı Əbdül Rəhman Hani Subhi Abid rejim qüvvələrinə atəş açıblar və bu əməliyyatda bir sionist zabit həlak olub.

9: 07.10.2022-ci il tarixində Növbəti əməliyyat Şəəfət düşərgəsində 22 yaşlı şəhid Udey Əl-Təmimi tərəfindən həyata keçirildi. Bu əməliyyatda o, saxta rejimin əsgərlərinə atəş açıb, nəticədə bir qadın əsgər sionist həlak olub, iki nəfər yaralanıb. Udey də əməliyyatdan sonra hadisə yerini tərk edə bilib. Amma onların Udeydən yeganə şəkli, başı qırxılmış bir şəxs olan bu şəkil idi.

Udey Əl-Təmimi

Fələstinli gənclər də Udeyə kömək etmək və rejim qüvvələrinin işini çətinləşdirmək üçün saçlarını qırxdırdılar.

Sionistlər Udeyi 12 gün axtarsalar da, tapa bilmədilər və nəhayət, Udeyin özü yenidən səhnəyə çıxıb növbəti əməliyyatı həyata keçirdi. Udey Ət-Təmimi işğal altındakı Qüdsdəki “Məali Adumim” qəsəbəsinin girişində əməliyyat keçirib və son gülləsini ataraq şəhid olub.

Udey Ət-Təmiminin şəhadət anı

10: 11.10.2022-ci ildə Ərinul-Usud qüvvələri Nablusun şimal-qərbindəki Şafi Şamron qəsəbəsi yaxınlığında atəş açdı və nəticədə bir İsrail əsgəri həlak oldu.

11: 29.10.2022-ci ildə Şəhid Kamal Əl-Cəəbəri Əl-Xəlilin Kiryat Ərbə qəsəbəsi yaxınlığında sionistlərə atəş açdı, nəticədə bir sionist həlak oldu və 5 nəfər yaralandı.

Şəhid Əl-Cəəbəri

12: 23.11.2022-ci il tarixində işğal olunmuş Qüds avtovağzalında iki bomba partladıldı. Bu partlayışlar nəticəsində bir sionist ölüb, 47 nəfər yaralanıb və üç gündən sonra yaralılardan daha biri də öldüyü açıqlanmışdır.

Bu əməliyyatdan sonra Qüds bələdiyyə sədri elan etdi ki, bu ərazinin müşahidə kameraları haker qrupu tərəfindən oğurlanıb və əməliyyatın icraçılarını müəyyən etmək üçün arxivə girişimiz yoxdur. Bundan sonra “Musanın Əsası” haker qrupu avtovağzalda baş verən partlayışın videosunu yayaraq həmin ərazidəki kameralara kibertəhlükəsizlik hücümları edərək bütün videoları götürdüyünü elan etmişdir. Əslində həmin gün sionist rejim hər iki tərəfdən hücuma məruz qalmışdır. Hər ikisində də uğursuz olmuşdur. Amma nəhayət, həftələrlə davam edən axtarışlardan sonra İsrail rejimi əməliyyatın icraçısını, adı İslam Faruh olan fələstinlini həbs etdiyini açıqlamışdır.

İslam Faruh

13: 15.11.2022-ci il tarixində 19 yaşlı şəhid Məhəmməd Suf İordan çayının qərb sahilinin şimalındakı Ariel qəsəbəsində əməliyyat keçirərək 3 sionisti öldürmüş, digər 3-nü yaralamışdır. Bu əməliyyatda əvvəlcə Şəhid Suf maşınla bir neçə sionistin üstündən keçib, sonra maşınından düşüb bıçaqla onları vurmuşdur.

Məhəmməd Suf

2022-ci il bütün eniş-yoxuşları ilə bitdi. İndi Fələstin 2023-cü ilin ilk günlərini keçirir və cəmi ilk 15 gün ərzində, 13 fələstinli sionistlərlə qarşıdurmada şəhid olub. Statistikaların əksəriyyəti 2023-cü ili qanlı və gərgin il olacağını göstərir. Sağçı və ekstremist Netanyahu hökumətinin hakimiyyətə gəlməsi nəzərə alınmaqla, Ərinul-Usud kimi müqavimət dəstəsinin meydana çıxması, İordan çayının qərb sahilinin getdikcə daha çox silahlanması uzaq görünmür.

Yazar: Əhmədrza Mübaşeri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir