Fələstində baş verən son hadisələr, 21 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son 24 saat ərzində 10 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah gəzdirmək və saxlamaqda, habelə İordan çayının qərb sahilində İsrailə qarşı əməliyyatlar keçirməyə cəhddə ittiham olunaraq həbs edilib.
– Yanvarın 9-da İsrail ordusu Nablusun Xəllə Əl-Amud məntəqəsinə basqın edərək azad edilmiş iki fələstinli məhbusu, Zeyd Əl-Xərraz və Muhənnəd Tabancanı həbs etdi.
– Yanvarın 9-da Ərinul-Usud müqavimət dəstəsi bəyanat yayaraq, Fələstin Milli İdarəsinin təhlükəsizlik xidməti tərəfindən bu qrupun lideri “Əbu Fələstin”in həbs edilməsi ilə bağlı bəzi KİV-lərdə dərc olunan xəbərləri təkzib edib.
– Bir sıra kanadalı fəallar kampaniyaya başlamaqla baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sionist rejimin ekstremist hökumətini boykot etməyə çağırıblar.
– Yanvarın 10-da İsrail ordusu 23 illik əsirlikdən sonra İsrail həbsxanalarından azad edilmiş Əl-Xəlil şəhər sakini Nəbil Musaliməni yenidən həbs edib.
– İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfəri zamanı İranın Beyrutdakı səfirliyində Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə ilə görüşüb və söhbət edib. Bu görüşdə bölgədəki müqavimət hərəkatının, o cümlədən Fələstindəki müqavimətin son vəziyyəti müzakirə edilib.
Daha çox oxuyun: İranın xarici işlər naziri Livana səfər edib + FOTO və VİDEO
– Yanvarın 15-də Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Ramallahda 45 yaşlı Əhməd Həsən Kuhlə adlı Fələstin vətəndaşı İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edilib.
– Yanvarın 16-da İsrail rejimi əsgərlərinin Cenin şəhərinin Qəbatiyyə qəsəbəsinə səhər tezdən hücumu nəticəsində 2 fələstinli yaralanıb.
– Sionist rejimin Baş Qərargah rəisinin andiçmə və təqdimat mərasimi baş nazir Benyamin Netanyahu, müharibə naziri Yoaf Qalant, ordunun baş qərargahının yeni rəisi Herzi Halevi və keçmiş rəisi Aviv Koxavinin iştirakı ilə keçirilib. Halevi, İsrail ordusunun baş qərargahının yeni rəisi kimi general rütbəsinə yüksələrək fəaliyyətə başlayıb.
– Yanvarın 16-da Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam sionist rejim ordusunun baş qərargahının keçmiş və yeni rəislərinin andiçmə mərasimi ilə eyni vaxtda əsir götürülən sionist əsgər Avraham Manqestunun videosunu yayımladı.
Daha çox oxuyun: Kətaib Əl-Qəssam əsir götürülmüş İsrail əsgərinin yeni videosu yayımladı + VİDEO
– Yanvarın 17-də Fələstin polis qüvvələrinin üzvü “Həmdi Şaker Əbudiyə” Əl-Xəlilin şimalındakı Həlhulda Yunis Nəbi kəndinin girişində İsrail əsgərləri tərəfindən şəhid edilib.
– Yanvarın 17-də İsrail işğalçı qüvvələri işğal altındakı Qüdsün cənub-şərqindəki Beyt Səfafa qəsəbəsində fələstinlilərə məxsus evi dağıdıb.
-Yanvarın 18-də yerli mənbələr İsrail ordusunun döyüş qayıqlarının Qəzzanın şimalındakı sularda fələstinli balıqçılara atəş açaraq onları sahilə qayıtmağa məcbur etdiyini açıqlayıb.
– Yanvarın 19-da sionist qüvvələr İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsinə basqın etdilər və nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma yarandı. Atışma zamanı iki fələstinli İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edilib, bir neçə nəfər isə ağır yaralanıb.
Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 Yanvar 2023
– Son 24 saat ərzində 10 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– İsrail rejiminin Avrasiyadakı səfirlərinin illik toplantısı üç gün, Bakıda xarici işlər naziri Ceyhun Bayramovun ev sahibliyi ilə keçirilib.
Daha çox oxuyun: Sionist rejimin ölkəmizdə olan rəsmi heyətinin səfəri başa çatıb + FOTO
– Yanvarın 21-də “Tariq İvədə Yusif Məali” adlı bir fələstinli Ramallahın qərbində İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edildi.
Rəy