Polis vətəndaşları həbslə hədələyərək 2000 AZN rüşvət istəyir + VİDEO və SƏNƏD

Şənbə 21 Yanvar 2023 - 21:36
https://az.iswnews.com/?p=18102

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, Polis Türkan qəsəbəsində Peyğəmbərin Əziz Qızı Xanım Zəhranın (s) mövlud mərasimini təşkil edən şəxsləri, həbslə hədələyərək 2000 AZN rüşvət istəyir.

Yanvar ayının 14-ü dindar xanımlar Bakının Türkan qəsəbəsində Həzrət Zəhranın (s) mübarək mövlüd günü münasibətilə şənlik mərasimi təşkil ediblər.

Həzrət Xanım Fatimənin (s) mövlud məclisinə aid video – Bakı – Türkan qəsəbəsi – 14.01.2023

İlk öncə, bu mərasimin təşkilatçılarından olan Xoşqədəm Quliyeva xəbər portalımıza mövlud tədbirindən sonra ev sahibinə qarşı ardı-arası kəsilməyən polis təzyiqlərindən xəbər verdi. Xoşqədəm xanımın bildirdiyinə görə ev sahibi Qarabağ müharibəsi qazisi olan qardaşı tez-tez polis bölməsinə çağırılaraq ondan izahat alınıb.

Bİrinci səs yazısı

Xoşqədəm Quliyevanın bildirdiyinə əsasən o Xəzər rayon polis şöbəsinə çağırılaraq məlum məclisin təşkilinə görə dindirilib. Xoşqədəm xanımın bildirdiyinə görə onunla birlikdə tədbirin keçirildiyi evin sahibi olan qardaşı Afər Quliyev və bacısı Nəzakət Babayeva da polis bölməsinə çağırılmışdır. Xoşqədəm Quliyevanın qardaşı və bacısı polis bölməsində saxlanılıb və polislər onlardan 2000 AZN pul tələb edib. Polis onları aldadaraq Xoşqədəm Quliyevanın Bakı şəhər Baş Polis İdarəsində saxlanıldığını söyləyib və pul ödəməyəcəkləri təqdirdə onlarla birgə Xoşqədəm Quliyevanın da həbs olunacağı ilə təhdid edib. Afər Quliyev birinci Qarabağ müharibəsi qazisidir və hazırda səhhəti ilə bağlı ciddi problemlər yaşamaqdadır.

İkinci səs yazısı

Həmçinin, Xəzər rayon polis bölməsində Nəzakət Babayevanın halı pisləşib və bölməyə təcili tibbi yardım maşını çağırılıb. Polis onları buraxmaq üçün 2000 AZN rüşvət tələb edib. Xəzər rayon polis bölməsində halı pisləşəndən sonra evinə buraxılan Nəzakət babayeva və ailəsi polislər tərəfindən ciddi şəkildə təzyiqlər altındadır. Belə ki, Polis bölməsindən bildiriblər ki, əgər bazar ertəsi günü 2000 AZN pul gətirməsən ailənizin bütün üzvlərini həbs edəcəyik. Nəzakət xanım polisdən bu işin qanuni olub-olmadığını soruşarkən ona belə bir kağız parçası veriblər.

Xahiş edirik başda Türkan qəsəbəsinin inanclıları olmaqla ruhanilər, ictimai xadimlər və jurnalistlər məsələni işıqlandırmaqda aktiv olsunlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir