Nəsrullah: “Livanın dolanışıq problemi Hizbullahın ən mühüm narahatçılığıdır.”
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi dünən 19 yanvar tarixində günortadan sonra Livanın Tədqiqat və Sənədləşdirmə Mərkəzinin yaradılmasının 30-cu ildönümü münasibətilə çıxış edərək bildirib: “Bu mərkəz üçün müqavimət məsələsindən əlavə, Livanın iqtisadiyyatı və dolanışıq problemləri mühüm məsələdir.”
O, çıxışının əvvəlində bu mərkəzin yaradılması və orada baş verən fəaliyyət və araşdırmalardan bəhs edərək deyib: “Bu mərkəz bütün müqavimət cəbhəsinə aiddir. Bu mərkəzin əsas məqsədi həqiqətləri və faktları axtarmaqdır. Ona görə də tədqiqatçı qardaşlar həqiqətləri əks etdirən məsələləri çatdırmalıdırlar; Baxmayaraq ki, bu faktlar acıdır. Ona görə də həqiqətləri olduğu kimi axtarırdıq. Təbii ki, məqsəd sadəcə məlumat toplamaq deyil. Bu mərkəzin əzəldən ən mühüm məqsədi həll yolları təqdim etmək olmuşdur.”
Bu mərkəzdə işin əsasının keçmiş təcrübələrdən istifadə etmək və cəmiyyətin bütün kateqoriyalarına aid bütün düşüncə və fikirlərdən yararlanmaq olduğunu deyən Nəsrullah davam edib: “Bu mərkəzdə biz şəxsi sevgi və ya nifrət üzərindən heç bir düşüncəni başqa bir düşüncədən üstün tutmamışıq. Bu, bu mərkəzin ən mühüm güclü xüsusiyyətlərindən biridir. Bu mərkəz cəmiyyətin elit və professor təbəqəsi ilə müqavimətin əlaqə xəttidir.”
Hizbullahın baş katibi hətta bu mərkəzin adlandırılmasında bütün təbəqələri əhatə etmək üçün ümumi addan istifadə edildiyinə diqqət çəkib və aydınlaşdırıb: “Bu mərkəzin nəticələri və istehsalatlarından istifadələr olunub. Bu mərkəzin yaradılması Hizbullahın həyat və inkişafla bağlı məsələlərə əhəmiyyət verdiyini və onun bütün səylərinin sadəcə müqavimət etmək, olmadığını göstərir. Ona görə də Hizbullah əvvəldən elmi əsaslarla hərəkət edib.”
O, bu mərkəzin Livan seçkilərindəki roluna toxunaraq deyib: “Bu gün bizim Livanda əsas narahatçılığımız iqtisadi, pul, maliyyə və dolanışıq məsələləridir. Şübhəsiz ki, bu mərkəz bu sahədə mühüm rol oynayır; Çünki o, ötən illərdə iqtisadi sahədə çoxlu görüşlər keçirib, araşdırmalar aparıb. Livanda iqtisadi vəziyyət çox çətinləşib. Təbii ki, Livan bu baxımdan dünyada istisna deyil; Çünki bu gün dünyanın bir çox ölkələri iqtisadi problemlərlə üzləşir və hətta (bəziləri) dağılmağa da məruz qalmaq üzrədilər.”
Ümidsizliyə qapılmaq, təslim olmaq, “heç bir işin mümkün olmadığını və dalana dirəndiyimizi” kimi ifadələrin deyilməsinin əksinə olduğunu bildirən Nəsrullah sözlərinin davamında bildirib: “Ən əsası ümid və milli gücə inanmaqdır ki, çarə tapa bilək. Təbii ki, hər kəs məsuliyyət daşımalıdır və heç kim öz məsuliyyətini başqalarının üzərinə qoya bilməz. Çoxlu həll yolları var, amma hamı məsuliyyət hiss etməlidir.”
Hizbullahın baş katibi özünü məğlub və məyus hiss etməmək lazım olduğunu vurğulayaraq, sözlərinə belə davam etdi: “Livan böhranının həlli ilə bağlı fikir nöqtəsinə çatmaq üçün səbəblər araşdırılmalıdır. O cümlədən, bizi bu mərhələyə çatdıran əsas səbəblər. İnzibati korrupsiya və korrupsioner məmurlar ən mühüm səbəblərdən biri olmuşdur.”
Nəsrullah son onilliklərdə baş verən iqtisadi blokadanın, xüsusilə də ABŞ-ın təzyiqlərinin Livanla bağlı məsələləri çətinləşdirdiyinə işarə edərək, deyib: “ABŞ-ın, (digər ölkələrin) Livana maliyyə yardımını qadağan etməsi Livanın pis iqtisadi vəziyyətinin səbəblərindən biridir. Amerika heç bir ölkəyə Livana kömək etməyə, hətta qaçqınların işini belə həll etməyə icazə vermir. Bu problemi həll etmək qadağandır. Bunun adı təzyiq deyilmi?”
Livanın neft və yanacağa sərmayə qoymaq üçün sərmayə qoyacaq şirkətlər axtarmalı olduğuna işarə edən Nəsrullah bildirib: “Bizim torpaqlarımızda mütləq neft var. Fələstində də neft var. Lakin onu İsrail qarət edib. Hətta bizə yaxın olan sərhədyanı ərazilərdə də neft var. Hökumət bu məsələyə diqqət yetirməlidir.”
Bəzi insanların Şərqə doğru mail olmaq məsələsini ələ saldığını, lakin hökumətin Şərqə və Çinlə münasibətlərə doğru getməsi lazım olduğunu bildirən Hizbullahın baş katibi, məsələyə bu cür diqqət çəkib: “Amerika Livanı hər gün təhdid edir. İsrail Ordusunun birgə qərargah rəisi istefa verir, onlar (amerikalılar) Livanı hədələyirlər. İsrail ordusunun birgə qərargahının yeni rəisi işə gəlir, onlar (amerikalılar) Livanı hədələyirlər! İsraillə sülh sazişi imzalayan ilk ölkə olan Misirin iqtisadi vəziyyətini görmənizi istəyirəm, bəs bu gün onun vəziyyəti necədir? iflas ərəfəsindədir.”
Nəsrullah qarşıdakı illəri Livan üçün həlledici hesab etdi və sonda belə yekunlaşdırdı: “Bizə Livanı xilas edə biləcək bir prezident lazımdır. Bizə cəsarətli, amerikalılar onu təhdid etsə, lakin milli maraqlar təhlükə altında olsa, təslim olmayan, prezident lazımdır. Biz belə bir prezident istəyirik. Ondan sonra bu tip hökumət və nazirlər arxasıycayıq, Amerikalılar hər şeyə qarışırlar, lakin (Livanı) idarə etməkdə iddialı olanlar, ölülər kimi, susurlar.”
Sitatın sonu
Daha çox oxuyun: Nəsrullah: Şəhid Süleymani Böyük İsrail planını məhv etdi
Rəy