Bu gün qanlı 20 Yanvar günüdür + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, həmin gün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilərək yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.
“Qanlı Yanvar”da baş verən iğtişaşlar bir sıra şəhər və rayonlarımızı əhatə etmişdir. Ən böyük iğtişaşlar Bakı, Neftçala və Lənkəranda baş vermişdir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi komandası tərəfindən bu hadisədə həyatını itirmiş bütün həmvətənlərimizin ruhuna Allahdan rəhmət diləyirik.
Qanlı Yanvar hadisəsinə qısa baxış
Həmin zamanlar Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov tərəfindən Bakıda fövqəladə vəziyyət elan edildi. Mərkəzi hökumət üç istiqamətdən Bakıya daxil olan 26 min nəfərə yaxın ordu və KQB qüvvələrinin yeridilməsinə göstəriş verdi. Bakı kazarmasının daxilindəki qüvvələr küçələrdə etirazçıları yatırmaq üçün tank və BMP-lərlə divarları dağıdırdılar. Camaat fikir verməyib Lenin meydanına toplaşdılar. Yanvarın 19-u axşam başlayan qarşıdurmalar yanvarın 20-i şənbə gününəcən davam etdi. Hadisə baş verən gün hər iki tərəfdən çox saylı insan itkiləri oldu. Rəsmi məlumatlara görə, Bakıda 131 nəfər həyatını itirdi, 5 nəfər itkin düşdü. Qeyri rəsmi məlumatlara əsasən həyatını itirənlərin sayı 300 nəfər oldu. Yanvarın 20-də Neftçala və Lənkəranda da mitinqlər və qarşıdurmalar baş verdi, nəticədə 16 nəfər həyatını itirdi. Ümumilikdə 147 nəfər həyatını itirdi, 800 nəfər yaralandı, 400 nəfər həbs edildi. Həmçinin 21 nəfər etirazçıları öz məqsədlərindən daşındırmaq istəyənlərdən öldürüldü.
Bazar ertəsi, yanvarın 22-də bir neçə yüz min nəfərlik böyük izdihamla toplaşan insanlar, Lenin meydanından Dağüstü parkına tərəf mərkəzi hökumət əleyhinə şüarlar səsləndirərək həyatını itirmiş şəxsləri müşayiət etməklə, dəfn etdilər.
Daha çox oxuyun: Azərbycan Respublikasının tarixində acı və şirin yanvar
Rəy