Suriyanın cənubu; Muxtar Respublika
Ukraynadakı müharibə və Rusiyanın Suriyanın cənubunda təsirinin azalması həmsərhəd ölkələri, eləcə də regional gücləri Suriyanın cənubu üçün tədbirlər görməyə vadar edib. Suveyda əyalətindəki etirazlar və əldə edilən sənədlər Amerikanın Suveyda vilayətində muxtar respublika yaratmaq üçün yeni planını əks etdirir.
Suveyda əyaləti Suriyanın cənubunda və İordaniya ilə sərhəddə yerləşir və “Suveyda”, “Şahba” və “Salxad” adlı üç bölgədən ibarətdir. Suriya Mərkəzi Statistika İdarəsi 2016-cı ildə bu vilayətin əhalisinin 509 min nəfər olduğunu təxmin edib. Bu əyalətdə Dəruzilər azlıq təşkil edir. Suveyda əhalisi tayfalarla dolu olduğundan, həmçinin hər tayfa öz yaxınlarına əhəmiyyət verdiyindən, burada hər hansı münaqişə və ya hərbi əməliyyatın böyük bir çaxnaşmaya gətirib çıxaracağı gözlənilir.
Suveyda-da aktiv müxalifət partiyalar
Bu əyalətdə etirazların baş verməsində “Əl-Liva” partiyasının fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır. Bu sekulyar partiyanın lideri Malik Əbul-Xeyr təşkilatlarının Suriyanın cənubunda yaradıldığını, lakin Suriyanın bütün əyalətlərində fəaliyyət göstərdiyini bildirib. Bu vilayətdə bu partiyadan başqa “anti-terror qüvvələri” adlı daha bir hərbi təşkilat da yaradılıb ki, onların tərkibinə əsasən yerli Dəruzilərdən ibarət silahlı müxaliflər daxildir. Onların əsas missiyası Suveydaya nəzarət etmək və hökumətin və ya onun müttəfiqlərinin, o cümlədən İran və Hizbullahın müdaxiləsinin qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, bu iki partiya və qrup bir-biri ilə əlaqədədilər. Əbul-Xeyr həmçinin bildirib ki, 2020-ci ilin ikinci yarısında o, Ət-Tənəfdəki Amerika bazası ilə əlaqə yaradıb və Suveydanı Suriya və İran hökumət qüvvələrinin hər hansı təsirindən azad olan muxtar respublikaya çevirməyi planlaşdırır.
SDQ qüvvələrinin Suveyda əyaləti ilə əlaqəsi
Suveyda etirazları Suriyada daha bir muxtar respublikanın Suriya Demokratik Qüvvələri (SDQ) vasitəsi ilə yaranmasına maraq yaradıb. Suriyanın muxtar kürd qüvvələri verdikləri açıqlamada Suveyda etirazlarını dəstəkləyərək, Suriya hakimiyyətindən sosial-iqtisadi problemlərə həll yolu tapmasını istəyib.
Bu bəyanatda kürdlər Suriya hökumətinin ölkədəki sosial-iqtisadi problemlərlə bağlı siyasətini tənqid etməklə yanaşı, ölkənin digər vilayətlərində də Sueyda-da baş verənlərə bənzər etirazların formalaşması ilə bağlı xəbərdarlıq ediblər.
Suveyda-dakı iğtişaşlarla SDQ qüvvələri arasında əlaqə yeni məsələ deyil, Suveydanın SDQ üçün əhəmiyyəti o qədər önəmlidir ki, onlar 60 İŞİD əsirini İŞİD tərəfindən qaçırılan 30 Suveyda sakini ilə dəyişməyə razılaşıblar. Bu təklif İŞİD-in Suveydaya hücumundan və bir neçə mülki vətəndaşı qaçırmasından bir gün əvvəl edilib.
Əlaqələr bununla bitmir. Suriya Demokratik Qüvvələri bu yaxınlarda Suriya hökumətinə Dəməşqdə həbsdə olan onlara bağlı iki qadın fəalı iki ildən çox əvvəl ələ keçirdikləri “Məhəmməd Əs-Səğir”lə dəyişməyi təklif edib. Maraqlıdır ki, bu gənc xanım SDQ ilə əlaqə saxlayırdı və Suveydada missiyanı yerinə yetirərkən həbs edilib. Onlar muxtariyyət layihəsinə uyğun olaraq, Suveyda əyalətindəki dəruzilərin muxtariyyət elan etməyə təhrik və təşviq ediblər.
Əl-Liva Partiyasının Suriyadakı Amerika koalisiyası ilə münasibətlərini, eləcə də ABŞ-ın SDQ qüvvələri ilə münasibətlərini nəzərə alsaq, çox güman ki, Vaşinqton SDQ-nin imkanlarından Suveyda əyalətində etirazlar yaratmaq üçün istifadə edəcək. Həmçinin, işğal olunmuş Fələstinin şimal sərhədlərinin müqavimət cəbhəsinin nüfuz etməsindən qorumaq üçün bufer zona yaratmağa doğru hərəkət edəcək.
Rəy