İdlibin cənubunda Suriya ordusu ilə terrorçular arasında qarşıdurma baş verib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusu qüvvələri Təhrir Əş-Şam terrorçularının İdlibin cənub-şərqindəki mövqelərinə etdikləri hücumu dəf edib.
Yanvarın 18-də Təhrir Əş-Şam terrorçuları İdlibin cənub-şərqində yerləşən Maarat Maxs cəbhəsində havanın dumanlı olması səbəbindən və kifayət qədər görmə qabiliyyətinin az olmasından istifadə edərək Suriya ordusunun bu bölgədəki qərargahına hücum ediblər. Suriya ordusu bu hücumu dəf edib.
Bir neçə saat davam edən bu qarşıdurma nəticəsində azı 12 terrorçu öldürülüb və yaralanıb. Terrorçuların Maarat Maxs cəbhəsindən geri çəkilməsindən bir neçə dəqiqə sonra Suriya ordusu Kansafra, Kəfəravid və Əl-Futaira məntəqələrində terrorçuların mövqelərini hədəfə alıb.
Qeyd edək ki, Təhrir Əş-Şam terrorçuları son həftələrdə Hələbin qərbində və İdlibin cənubunda atəşkəsi açıq şəkildə pozaraq oxşar əməliyyatlar həyata keçirib və bu əməliyyatlar zamanı Suriya ordusunun bir sıra qüvvələri şəhid olub və yaralanıb.
Daha çox oxuyun: Təhrir Əş-Şam terrorçuları İdlibin cənubunda yerləşən Suriya ordusunun mövqelərinə hücum edib + VİDEO
Rəy