Rusiya nümayəndə heyəti Ənsarullah rəsmiləri ilə görüşmək üçün Sənaaya səfər edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya hökumətinin nümayəndələri Ənsarullah rəsmiləri ilə görüşmək və söhbət etmək üçün Yəmənin paytaxtı Sənaaya səfər edib.
Ənsarullahın Rusiyanın paytaxtı Moskvada apardığı son məsləhətləşmələrdən sonra Rusiya nümayəndə heyəti Ənsarullah rəsmiləri ilə görüşmək və söhbət etmək üçün Sənaaya səfər edib. Bu xəbərə görə, Rusiya nümayəndələri BMT-nin Yəmənə xüsusi nümayəndəsi Hans Qrundberqin son səfərindən sonra bu əlaqələri koordinasiya etmək üçün Sənaaya səfər etməyi planlaşdırıblar.
Bununla bağlı Cənub Müqavimət Qrupunun (İslah Partiyasına bağlı) komandirlərindən biri, sözçüsü Adil Əl-Həsəni deyib:
“Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Sənaaya səfər etdi və bundan əvvəl Sənaadan bir nümayəndə heyəti Moskvaya səfər etdi. Yeni heç nə yoxdur. Cahan vahid qüvvə (Ənsarullah) ilə əməkdaşlıq edir, Əl-Əlimi Şurası isə (istefa vermiş hökumətin prezident şurası) iclaslarını hələ də kamera vasitəsilə keçirir. Bəzilərinin xoşuna gəlməsə də, bu faktdır”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski ABŞ, Fransa və Britaniyanı Yəmənin neft və qaz ehtiyatlarını talamaqda tənqid edib, onların fürsətlərdən sui-istifadə etmələrini vurğulayıb. O, söhbətlərinin davamında Yəmən müharibəsinə və ona tətbiq olunan sanksiyalara müzakirələr vasitəsilə son qoyulmağa çağırıb.
Rəy