Hacı Mövsüm Səmədov artıq azadlıqdadır + VİDEO və FOTO
Cümə axşamı 19 Yanvar 2023 - 17:56
https://az.iswnews.com/?p=18023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan İslam Partiyasının sədri, ruhani Mövsüm Səmədov 12 il həbsdən sonra azadlığa buraxılıb.
O, cəza çəkdiyi 7 saylı müəssisədən bu gün səhər saatlarında azadlığa buraxılıb.
Ruhani Mövsüm Səmədov 2011-ci ilin yanvarında hakimiyyəti sərt tənqid etdiyinə görə şərlənərək həbs edilmişdi.
Hüquq müdafiəçiləri Mövsüm Səmədovun həbsini siyasi olduğunu bildirib, onu vicdan məhbusu kimi tanıyır.
Rəy