Nəsrullah: Şəhid Süleymani Böyük İsrail planını məhv etdi

Çərşənbə 18 Yanvar 2023 - 17:12
https://az.iswnews.com/?p=18018

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi ötən gün axşam Süleymani Dünya Müqavimət Ədəbiyyat Mükafatının ikinci dövrünün yekun mərasimi ilə əlaqədar çıxış edib.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində iki hissədə çıxış edəcəyini bildirib. Birinci hissə mövzu ilə əlaqədar, ikinci hissə isə Livanla bağlı olub. Livan məsələlərindən, prezident seçkilərindən və hökumətin elektrik enerjisi ilə bağlı iclasdan bəhs edilib.

O, Livan, İraq, Suriya və Yəmənin qələbələrini şəhidlərə borclu olduğunu bildirib və sözlərinə belə davam edib: “Şəhidlər çoxlu nailiyyətlər əldə ediblər. Bəzi şəhidlər öz təsirlərində zaman və məkandan daha yüksəkdirlər. Bu gün biz Hacı Qasim Süleymaniyə nəzər saldıqda görürük ki, o, öz məkanından və zamanından daha yüksəkdir və bütün İslam xalqının şəhidi sayılır.”

Hizbullahın baş katibi Hacı Qasimi son iki onillikdə regionun amerikalılar tərəfindən işğalının qarşısını alan ən yaxşı komandir hesab edib və deyib: “Onlar İraqın və regionun digər ölkələrinin işğalının çox asan olacağını düşünürdülər. Amma formalaşan müqavimət cəbhəsi bu layihəni məğlub etdi.”

Nəsrullah Amerikanın bölgəni işğal etmək üçün İŞİD-in yaradılması kimi planlarına toxunub: “Bu plan çox təhlükəli idi. Bu plana qarşı çıxan müqavimət cəbhəsi və Hacı Qasim bu planda iştirak edib, çoxlu nailiyyətlər əldə etdilər. Hacı Qasim Böyük İsrail layihəsini də məğlub etdi. Bu məsələ İsrailin bu gün divar və tikanlı məftillər arxasında gizlənməsinə, məğlubiyyətdə qalmasına və ümidsiz olmasına səbəb olub.”

O, bu şəhidlərin xatirəsini yaşatmalı, onların bəyanatlarını, mövqeyini izah etməli, nailiyyətlərini təsvir etməli olduğumuzu bildirərək deyib: “Şəhidlər böyük ziyalı sərvətdir, onları yaşatmaq lazımdır. Bu gün biz bu həqiqi və ruhlandırıcı örnəyi digərlərinə çatdırmalıyıq.”

Bu gün bölgənin problemlərini həll etmək üçün Şəhid Süleymani kimi komandirlərə ehtiyac olduğuna diqqət çəkən Hizbullahın baş katibi İran İslam Respublikası, Suriya, İraq, Livan və Yəmənə qarşı iqtisadi təzyiqlərə toxunaraq bildirib:” Yəməndə hər ehtimal ola bilər. Amerika Livana müdaxilə edir. Bu problemlər mövcuddur. Bu problemlərin öhdəsindən gəlmək üçün bizə şəhid Süleymani və onun kimilərin olması lazımdır.”

Nəsrullah Livandakı prezident seçkiləri ilə bağlı çıxışının digər hissəsində deyib: “Biz dini qurumların prezident seçilməsi ilə bağlı həssaslığını başa düşürük. Məzhəb arası ixtilaflara səbəb olan sözlərdən çəkinmək lazımdır. Mən qəti şəkildə inanıram ki, xristianların və maronitlərin prezidentlikdəki mövqeyini bilərəkdən ləğv etmək istəyən heç bir siyasi qrup yoxdur.”

Livan parlamentində mandatların üçdə ikisinə sahib heç bir qrupun olmadığını bildirərək, belə bir açıqlama verib: “Müqavimətə arxadan xəncər vurmayacaq bir prezident, tələb etmək bizim haqqımızdır. Hər bir siyasi qrupun təbii haqqı var ki, deyə “Biz Hizbullaha yaxın prezident istəmirik.” Bu onların haqqıdır.”

Hizbullahın baş katibi prezident postunun boş olmasının fəsadları barədə qeyd edib: “İnzibati vəzifələrdə zəifçiliklər, prezidentimiz olmaması ilə bağlıdır. Biz bununla bağlı nə müsəlmanları, nə də xristianları qınamırıq. Ölkədəki siyasi boşluq heç kəsi sevindirmir. Biz ciddi şəkildə bu problemi həll etməyə çalışmalıyıq.”

Nəsrullah daha sonra Livanda elektrik probleminə toxunaraq, bunu bu ölkədəki bütün dinlərin və etnik qrupların problemi hesab edib və deyib: “Bu, səhiyyə və iqtisadiyyat daxil olmaqla, bütün sektorları əhatə edən əsl problemdir. Bu yaxınlarda bizə deyildi ki, daha çox elektrik enerjisi təmin etmək və onun vəziyyətini yaxşılaşdırmaq üçün yanacağa ehtiyacımız var. İrandan alacağımız yardım elektrik enerjisinin verilməsi prosesini öz yoluna qoyacaq. Bu yanacaqlar altı aya qədər kifayət edəcək.”

O, bundan sonra İran və Livan rəsmilərinin rəsmi səviyyədə görüşlərinə toxunaraq deyib: “Əmir Abdullahian da jurnalistlərə deyib ki, İran Livana yardım etməyə hazırdır. O, bu təklifin hələ də qüvvədə olduğunu, lakin amerikalıların buna mane olduğunu və rəsmilərə bunun onların qırmızı xətt olduğunu bildirib.”

Hizbullahın baş katibi hökumətin yanacaq probleminin həlli, elektrik enerjisinin verilməsi saatlarının yaxşılaşdırılması və müqavilələrin yenilənməsi üçün iclas keçirməli olduğunu bildirərək, sonda Hizbullahın insanların problemlərini həll etmək və üzərinə düşən vəzifəni yerinə yetirmək üçün hökumətin iclasında iştirak edəcəyini bildirib.

Sitatın sonu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir