İraqda baş verən son hadisələr, 17 Yanvar 2023

Çərşənbə axşamı 17 Yanvar 2023 - 20:08
https://az.iswnews.com/?p=17954

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani Bağdada səfəri zamanı şəhid Hacı Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadət yerini ziyarət edib.

1- Bağdad:
– Yanvarın 11-də İraqın Kürdüstan bölgəsinin baş naziri Məsrur Barizani Bağdadda İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə, ölkənin hər yerində İraq xalqına daha yaxşı xidmət göstərmək üçün hökumətlə Kürdüstan bölgəsi arasında ən mühüm milli məsələlərlə yanaşı, əməkdaşlıq müzakirə edilib.
– Yanvarın 11-də İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi Bağdadda iordaniyalı həmkarı Əhməd Əs-Səfdi ilə görüşüb.
– Yanvarın 12-də Bağdad əyalətinin Əl-Taci bölgəsində amerikalı işğalçıların logistika karvanına İraq müqavimət dəstələri tərəfindən hücum lunub.

Daha çox oxuyun: Amerika işğalçılarının İraqdakı logistika karvanına hücum olub

– Yanvarın 13-də İŞİD terror qruplaşması öz ünsürlərinin Bağdadın şimalında yerləşən Tarimiyyənin Əl-Tabi bölgəsində İraq ordusu və antiterror qüvvələrinin birgə patrul karvanına hücumu barədə bəyanat yayıb.
– Yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani Bağdada səfəri zamanı Hacı Qasim Süleymaninin və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadət yerini ziyarət edib.
– Yanvarın 16-da Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadasının qüvvələri İŞİD ünsürlərini təqib edərək həbs etmək üçün Bağdadın şimalındakı Tarimiyyə bölgəsində əməliyyata başlayıb.
– Yanvarın 16-da İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru və ABŞ prezidenti Co Baydenin nümayəndəsi Brett Makqurk ilə görüşüb və İraq-ABŞ münasibətlərini və onların müxtəlif sahələrdə gücləndirilməsi yollarını müzakirə edib.
– Yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani şəhid Seyid Məhəmməd Baqir Həkimin həyat yoldaşının dəfn mərasimində iştirak edib.

2- Səlahəddin:
Səlahəddin əyalətinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, İraq Təhlükəsizlik Qüvvələri və Həşd-Şəəbi təşkilatının qüvvələri havanın çənli olmasına dair şəraitdə İŞİD-in istənilən hücumunu dəf etmək üçün yüksək hazırlıq vəziyyətindədir.

3- Süleymaniyyə:
Yanvarın 13-də İraq Kürdüstanının Çəmçəmal bölgəsində yerləşən və BƏƏ-yə aid Dane Gas şirkətinin idarəsində olan Kormor qaz yatağına naməlum şəxslər raket hücumu ediblər.

Daha çox oxuyun: İraqdakı Kormor qaz yatağına raket hücumu olub

4- Diyalə:
Yanvarın 11-də İŞİD-in xəbər mənbələri bu terror qruplaşmasının ünsürlərinin Əl-Miqdadiyyə bölgəsindəki Əl-Binkani kəndində İraq polis qərargahına hücum etdiyini bildirib. İŞİD-in məlumatına görə, bu əməliyyat nəticəsində bir polis qüvvəsi şəhid olub, bir nəfər isə yaralanıb.

5- Kərkük:
Yanvarın 14-də İraq Ordusunun Baş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah və İraqın Birgə Əməliyyatlar Qərargahının rəis müavini Qeys Əl-Məhəmmədavi təhlükəsizliklə bağlı son vəziyyətlə tanış olmaq üçün Kərkük vilayətinə gediblər.

6- İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmari İraqın İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək məqsədi ilə sərhəd bazalarına 6000 köməkçi polis qüvvələrinin yerləşdirildiyini açıqlayıb.

Daha çox oxuyun: 6 min İraq əsgəri İran və Türkiyə ilə sərhəddə yerləşdirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir