Kalın: Türkiyənin Suriyada quru əməliyyatı hər an başlaya bilər

Bazar 15 Yanvar 2023 - 22:59
https://az.iswnews.com/?p=17897

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Prezident Aparatının sözçüsü Türkiyənin Suriyada quru əməliyyatlarının hər an başlaya biləcəyini bildirib.

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın yanvarın 14-də bəyan edib ki, Türkiyə Suriya sərhədində hərbi əməliyyatlara başlamağa hazırdır.

Türkiyə Prezident Aparatının sözçüsü deyib: Rusiyanın sülhü bərqərar etmək səyləri Türkiyənin Suriyanın şimalında yeni əməliyyata başlamaq variantından imtina etməsi demək deyil.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının millət vəkilləri qarşısında bəyan etmişdi ki, biz Suriyanın şimalını, o cümlədən, Təll-Rəəfət, Mənbic və Eyn Əl-Ərəb şəhərlərindən kürd silahlılarını təmizləmək üçün ən uyğun vaxtda quru əməliyyatlarına başlayacağıq.

Qeyd edək ki, bu sözlər bir neçə gün əvvəl Suriya prezidenti Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putinin Dəməşqdəki xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə, Türkiyə ilə münasibətlərin normallaşması şərtlərinə onun, işğala son qoyması və terrorizmi dəstəkləməsini dayandırmasının daxil olduğunu açıqlamışdır.

Daha çox oxuyun: Putinin xüsusi nümayəndəsi Bəşər Əsədlə görüşüb + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir