Suriyanın şimalında bir türk əsgəri həlak olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında Fərat Qalxanı əməliyyatı bölgəsində əsgərlərindən birinin həlak olduğunu açıqlayıb.
Yanvarın 13-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı bölgəsində əsgərlərindən birinin həlak olduğunu açıqlayıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, bu əsgər kürd silahlılarının Türkiyə ordusunun Suriyanın şimalındakı mövqelərinə raket zərbəsi endirməsi nəticəsində ağır yaralanıb və aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirildikdən sonra dünyasını dəyişib.
Bildirilir ki, bu türk əsgəri Hələb əyalətinin “Əl-Bab” şəhərinin kənarındakı “Həzvan” kəndində kürd silahlılarının Türkiyə ordusunun qərargahına raket hücumu nəticəsində yaralanıb və tibb məntəqəsinə köçürüldükdən sonra ölüb.
Bu hücuma cavab olaraq Türkiyə ordusu Hələb əyalətinin Təll-Rəəfət, Mərəənaz, Bineh, Əbyən və Zur Muğar bölgələrində kürd silahlılarının mövqelərini dron və artilleriya hücumları ilə hədəfə alıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, bu hücumlar zamanı Suriyanın şimalında 11 kürd silahlısı öldürülüb.
Sentyabrın 9-da Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında Zeytun budağının əməliyyat bölgəsində öz qüvvələrindən birinin həlak olduğunu açıqlamışdır.
Rəy