İordan çayının qərb sahilində üç gənc fələstinli şəhid olub + FOTO

Şənbə 14 Yanvar 2023 - 19:31
https://az.iswnews.com/?p=17820

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İordan çayının qərb sahilində üç fələstinli gənc İsrail əsgərləri tərəfindən güllələnərək.

İsrail rejiminin İordan çayının qərb sahilindəki cinayətlərinin davamı olaraq son 24 saatda 3 gənc fələstinli şəhid olub.

Bir neçə gün əvvəl İsrail hərbçilərinin bu bölgəyə hücumu zamanı yaralanan, Cenin şəhərinin qərbindəki Kəfər Dan şəhərinin gənc fələstinli sakini Yəzən Əl-Cəəbəri aldığı xəsarətlərin şiddətindən bu gün səhər tezdən şəhid olub.

Şəhid Yəzən Əl-Cəəbəri

Bu fələstinli gəncin şəhadətindən bir neçə saat sonra, İzzuddin Həmamirə (24 yaşlı) və Əmcəd Xəliliyyə (23 yaşlı) adlı daha iki gənc sionist rejiminin xüsusi təyinatlıları tərəfindən Cenin şəhərinin Cəəbə qəsəbəsində avtomobildə gedərkən güllələnərək şəhid ediliblər. Bununla da bu ilin əvvəlindən fələstinli şəhidlərin sayı 12-yə yüksəlib.

Yerli mənbələrin məlumatına görə, bu üç fələstinli gəncin şəhid olmasından sonra Cenin şəhərində ümumi matəm elan olunub.

Qeyd edək ki, son günlər sionist rejimin İordan çayının qərb sahilində bir neçə bölgəyə hücumu zamanı 4 fələstinli şəhid olmuşdur.

Daha çox oxuyun: İordan çayının qərb sahilində dörd fələstinli şəhid olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir