İraqdakı Kormor qaz yatağına raket hücumu olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Kürdüstan bölgəsinin Çəmçəmal bölgəsindəki Kormor qaz yatağı naməlum şəxslərin raket hücumu ilə hədəfə alınıb.
İraq Kürdüstanının Çəmçəmal bölgəsində BƏƏ-yə aid Dana Gas şirkətinin idarəçiliyində olan Kormor qaz yatağı naməlum şəxslərin raket hücumuna məruz qalıb.
Yerli mənbələrin məlumatına görə, “Katyuşa” raketi Kormor qaz yatağı yaxınlığındakı əraziyə düşüb və təhlükəsizlik qüvvələri keçmişdə olduğu kimi jurnalistlərin və digər insanların hadisə yerinə daxil olmalarının qarşısını almaq üçün ərazini mühasirəyə alıb. Bu hücumda heç bir itki olmayıb və hələlik heç bir qrup buna görə məsuliyyəti üzərinə götürməyib.
Bu, 2022-ci il 21 mart tarixindən indiyədək Kormor qaz yatağına beşinci hücumdur. Qaz yatağına ilk raket hücumundan təxminən altı aya yaxın vaxt keçsə də, indiyədək bu hücumların arxasında hansı qrupun dayandığı dəqiq müəyyən edilməyib. Bəzi media sənədləri dərc etmədən bu hücumların səbəbkarı kimi müqavimət dəstələrini müəyyən etsə də, İraq Müqavimət Koordinasiya Komitəsi Süleymaniyyədə bəzi şirkətlərə edilən hücumu İraq millətinin düşməni olan xarici tərəflərin təxribatı adlandırıb.
Daha çox oxuyun:
72 saat ərzində Kormor qaz yatağına üç raket hücumu!
Xatırladaq ki, avqust ayının 28-də İraqın Kürdüstan bölgəsinin təhlükəsizlik qüvvələri Qadir Kərəm bölgəsində atılmamış, Kormor qaz yatağına atılmağa hazır bir neçə raket aşkar edib və raket hücumunun qarşısını almışdılar.
Daha çox oxuyun: Kormor qaz yatağına olan raket hücumu zərərsizləşdirilib + FOTO
Rəy