Ərdoğan və Əsəd Türkiyə prezident seçkiləri öncəsi görüşəcəklər!

Cümə 13 Yanvar 2023 - 20:34
https://az.iswnews.com/?p=17782

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə qəzetlərindən biri Türkiyə prezidentinin bu ölkədə keçiriləcək prezident seçkiləri öncəsi suriyalı həmkarı ilə görüşəcəyini iddia edib.

Türkiyənin “Aydınlıq” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd iki ölkə arasında baş verən proseslər nəticəsində yaranmış münasibətlərin yaxşılaşdırılması və normallaşması prosesinin üçüncü mərhələsində Suriyanın şimalındakı baş verən hadisələrin fonunda, Türkiyə prezident seçkiləri əvvəli (may 2023) bir-biri ilə görüşəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bəyan edib ki, Ankara və Dəməşq mümkün qədər tez münasibətləri yaxşılaşdırmaq yolundadır. O, həmçinin Suriya prezidenti Bəşər Əsədlə görüş ehtimalını tamamilə rədd etməyib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da bəyan edib ki, Moskvadan Suriya ilə Türkiyə arasında vasitəçilik tələb olunarsa, bu tələbi qəbul edəcək.

Xatırladaq ki, dekabrın 28-də Türkiyə və Suriyanın müdafiə nazirləri Rusiyanın paytaxtı Moskvada 11 ildən sonra ilk dəfə tarixi görüşdə bir araya gələrək bir-birləri ilə müzakirə aparmışdılar.

Daha çox oxuyun: Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir