Suriyanın Raqqa vilayətində SDQ qüvvələri tərəfindən mülki vətəndaşlar həbs edilib

Cümə 13 Yanvar 2023 - 19:11
https://az.iswnews.com/?p=17756

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə Raqqa vilayətində yaşayan bir neçə mülki vətəndaşı həbs edərək naməlum yerə köçürüb.

Naməlum şəxslərin Raqqa vilayətində kürd silahlılarına və qərargahlarına hücumlarının artmasından sonra Suriya Demokratik Qüvvələri (SDQ) Raqqa şəhəri və ətraf ərazilərdə genişmiqyaslı əməliyyata başlayıb.

Bu əməliyyat zamanı SDQ qüvvələri Raqqa şəhərinin müxtəlif məhəllələrində 5, Raqqanın kəndləri və şimal bölgələrinə hücum zamanı isə 10-dan çox adamı həbs edərək naməlum yerə köçürüb.

Qeyd edək ki, bu əməliyyat Raqqa-Əs-Səmrah yolunda naməlum silahlı şəxslər tərəfindən iki SDQ qüvvəsinin öldürülməsi və bir neçə kürd silahlı bölməsinin bu hadisədən sonra Raqqaya göndərilməsindən bir müddət sonra başlayıb. Dekabrın 26-də İŞİD terror qruplaşmasının iki ünsürü Raqqa şəhərinin qərbində yerləşən Əd-Dəriiyyə məhəlləsində kürd silahlılarının hərbi qərargahına hücum edib və bu qarşıdurma zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) 6 üzvü həlak olmuşdur.

Daha çox oxuyun: İŞİD ünsürləri Suriya Demokratik Qüvvələrinin Raqqanın mərkəzində yerləşən qərargahına hücum etdi + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir