SDQ qüvvələrinin nəzarətindəki bölgədə Suriya bayrağı dalğalanıb!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, kürd silahlılarının nəzarətində olan Ziban qəsəbəsinin bir neçə sakini məktəblərin birində Suriya bayrağını dalğalandırıb.
Deyr əz-Zor vilayətində kürd silahlılarının nəzarəti altında olan ərazilərdə yerləşən Ziban şəhərinin bir qrup sakini Suriya Demokratik Partiyasının mövcudluğuna qarşı olduqlarını və Suriya hökumətinə dəstəyi bildirmək üçün bu qəsəbənin məktəblərindən birində Suriya bayrağını dalğalandırıblar.
2022-ci il 21 mart tarixindən indiyədək ilk dəfədir ki, Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə Suriya bayrağı qaldırılır.
Xatırladaq ki, son aylarda Deyr əz-Zor və Həsəkə əyalətlərinin bir neçə bölgəsinin sakinləri kürd silahlılarının hərəkətlərinə, o cümlədən əsassız həbslər və məhdudiyyətlərə etiraz edərək, onların bu əraziləri tərk etmələrini tələb ediblər.
Rəy