Amerika işğalçılarının İraqdakı logistika karvanına hücum olub

Cümə axşamı 12 Yanvar 2023 - 20:31
https://az.iswnews.com/?p=17724

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bağdad vilayətinin Əl-Taci bölgəsində amerikalı işğalçıların logistika karvanı İraq müqavimət dəstələri tərəfindən hücuma məruz qalıb.

Bu, İraq müqavimət dəstələrinin təxminən dörd aydan sonra İraqdakı Amerika terrorçularının karvanlarına və mövqelərinə qarşı ilk hücumudur. İraq müqavimətinin Amerika logistika karvanına qarşı sonuncu hücumu avqustun sonlarında Əl-Müsənna əyalətində baş vermişdir.

Daha çox oxuyun: İraqda Amerika işğalçılarının logistik karvanına hücum olub

Görünən odur ki, İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudaninin andiçmə mərasimi və bu ölkədəki nisbi siyasi sabitlikdən sonra müqavimət dəstələri amerikalı terrorçularla üz-üzə gəlmək və onları İraqdan çıxarmaq üçün onlara təzyiq göstərmək qərarına gəliblər.

“İslam Dünyası Xəbərləri”nin hesablamalarına görə, bu, İraq müqavimət dəstələrinin 2022-ci ilin 21 martından indiyədək ABŞ-ın mövqelərinə və logistika karvanlarına qarşı həyata keçirdikləri 49-cu hücumlardır.
Həmçinin, 2021-ci ilin 21 martından Əl-Müsənna əyalətində Amerika işğalçı karvanlarına və mövqelərinə qarşı 50 hücum həyata keçirilib.

Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir