Yəmənli uşaqların yeni adı “Qasim Süleymani” + VİDEO

Çərşənbə 11 Yanvar 2023 - 20:52
https://az.iswnews.com/?p=17705

Hüseyn Həbib, oğlunun adını şəhid general Hacı Qasim Süleymanini sevdiyi üçün onun adını seçən Yəmən Poçt İdarəsinin yüksək vəzifəli əməkdaşlarındandır. Bu addım Yəmənin Əl-Hudəydə vilayəti əhalisinin çoxu tərəfindən müsbət qarşılanıb. İslam Dünyası Xəbərlərinin müxbiri Ziyad Əl-Həsəni onunla söhbət etmək üçün evinə gedib.

İslam Dünyası Xəbərlərinin müxbiri: Əl-Hudəydə əyalətində Yəmən Poçt İdarəsinin baş direktor müavini cənab Hüseyn Həbibə salamlar. Bir neçə gün əvvəl xəbərdar olduq ki, oğlunuza “Qasim Süleymani” adını qoymusunuz, bu yaxşı və gözəl bir addımdır, bəs buna səbəb nədir?

Hüseyn Həbib: Mərhəmətli və mehriban Allahın adı ilə.
Allahın salamı olsun Məhəmmədə və onun pak ailəsinə.
Salam. Yüksək qiymətləndirdiyim və məni sevindirən bu söhbəti təşkil etdiyinizə görə minnətdaram. Pak Əhli-Beytin (ə) aşiqləri cəmində olmaq məni qürurlandırır.
Balaca övladıma cəsur komandir Qasim Süleymaninin adının verilməsinin səbəbi bu qəhrəmanın məktəbinə mənəvi bağlılığımdır. O, həqiqi Muhəmmədi İslamın (s) düşmənlərini pis günə saldı. Nə vaxt yadıma düşdükdə və ya televiziyada onu görəndə, şəhadətindən əvvəlki vaxtları və o hadisənin (Hacı Qasimin şəhadəti) bu günə qədər davam etməsini xatırlayaraq, göz yaşı tökürəm. Bu, mənim o nəcib insana mənəvi bağlılığımın təsiridir. Mən onu sevirdim və onu sevirəm.
Evimizin yeni qonağı olan yeni doğulmuş uşaq Qasim Süleymaninin adını daşıyır. Mən inanıramkı o, bundan təsirlənəcək. İnşallah o, mömin insan və mücahid sərkərdə olar.

İslam Dünyası Xəbərlərinin müxbiri: Sizin başqa övladlarınız var ki, onların adları xüsusi düşüncə və məqsədlə seçildiyinin göstəricisidir. Onları necə və hansı məqsədlə tərbiyə etmək fikirindəsiniz?

Hüseyn Həbib: Sualınız mühüm sualdır. Mənim övladlarımın tərbiyəsi müqəddəs dinin nəzərinə əsaslanır. Bu baxışın insana və cəmiyyətə çoxlu təsiri və xüsusi diqqəti var. Əslində cəmiyyətin islahı fərdin islahından başlayır. İmam Əli əleyhissalam bu haqda buyurur: “İnsanların gözəl əxlaqa ehtiyacı gümüş və qızıldan çoxdur”.
Ona görə də “övlad tərbiyə etmək” təkcə valideynlərin vəzifəsi ilə məhdudlaşmır, cəmiyyətin bütün üzvlərinin üzərinə düşən sosial məsuliyyətdir. Getdiyimiz bu yolda, Allahın izni ilə, heç bir şək və şübhə yoxdur. Bu yol, vahid və cihada bənzər bir yoldur.

İslam Dünyası Xəbərlərinin müxbiri: İslam ümmətinə və müqavimət dəstələrinə mesajınız nədir?

Hüseyn Həbib: İslam ümmətinə xitabən deyirəm ki, İmam Xomeyni öz fikirlərini İslam təlimlərindən əldə edib, kapitalizmdən, sekulyarlıqdan və diktaturaya əsaslanan sosializmdən çəkinib. İmam İran İslam Respublikası üçün qabaqcıl və ali bir model təqdim etdi. İslam ümməti düşmənlərə müqavimət göstərmək üçün İmam Xomeyninin yanaşma bucağı ətrafında toplaşmalıdırlar.
İslam ümmətinə və müqavimət dəstələrinə deyirəm ki, Amerika adlı bir rejim və İsrail adlı sionist rejim olduğu müddətcə onlara qarşı mübarizənizi davam etdirin.

İslam Dünyası Xəbərlərinin müxbiri: Övladları üçün dini mədəniyyətdən uzaq qərb adlarını seçən və peyğəmbərlərin, alimlərin, böyük rəhbərlərin adlarını seçməyən insanlara nə deyirsiniz?

Hüseyn Həbib: İndi görürük ki, bir çox adlar bu adları daşıyanların təşviqi ilə bağlıdır. İnsan bir liderə, böyük alimə, məşhur sənətçiyə və ya məşhur şəxsiyyətə hörmət bəslədiyi üçün onun adını öz övladına seçə bilər. Bütün bunlar bunun mənfi təsirlərinə baxılmadan edilə bilər.

Uşağa sənətçinin adının qoyulması o sənətçinin uşağın həyatında təsir etməsi yüksək ehtimal doğurur. Ona görə də onlara öz mədəniyyətlərini düzəltməyi və intellektlərini inkişaf etdirməyi tövsiyə edirəm.

İslam Dünyası Xəbərlərinin müxbiri: Sonda, sizcə, Əhli-beyt eşqi ilə tərbiyə olunan övladlarla müqavimət cəbhəsinin indiki və gələcəkdəki vəziyyəti necə olacaq? Zalımlarla və hegemon dövlətlərlə mübarizədə onlar hansı rolu oynayacaqlar?

Hüseyn Həbib: Nə qədər ki, onlar Məhəmmədin və onun ailəsinin (ə) bayrağını daşıyacaqlar, onların yüksək məqamı olacaq. Yəməndə “Ənsarullah” kimi nəcib bir nümunəmiz var ki, bu da bizlərə Əhli-beyt (ə) məhəbbəti və yolu üzərində qurulmuş gənclərin məktəbini göstərir. Bu gün onların rəhbərliyi və konadirliyi ilə fəxr edir və onların mövqelərinə hörmətlə yanaşırıq.

İslam Dünyası Xəbərlərinin müxbiri: Sizə ilahi və İmam Hüseyn (ə) mədəniyyətinə əsaslanan işinizə görə təşəkkür edir, Sizə və Yəmənin güclü və səbirli xalqına, eləcə də hörmətli rəhbəriniz Seyyid Əbdülməlik Bədruddin Əl-Husiyə salamlarımızı çatdırırıq.

Hüseyn Həbib: Sağ olun, həmişə Allahın pənahında olasınız.

Hüseyn Həbibin övladları “Əli Mürtəza” və “Qasim Süleymani”nin şəkli
Hüseyn Həbibin oğlu Qasim Süleymani
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir