Üç yanacaq tankeri Suriyanın Banias limanına çatdı

Çərşənbə 11 Yanvar 2023 - 19:56
https://az.iswnews.com/?p=17700

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyada yanacaq böhranının artması və havanın temperaturunun aşağı düşməsi ilə eyni vaxtda üç yanacaq tankeri Suriyanın Banias limanına çatdı.

Suriyadakı yanacaq böhranı Suriya həyatının bütün sahələrinə kölgə salmaqda davam edir və soyuq hava səbəbindən yanacağın qiymətləri kəskin artıb. Son günlər neft və qaz daşıyan 3 tanker Banias limanına daxil olub və bu məsələnin Suriyanın yanacaq bazarına müsbət təsir edəcəyi gözlənilir.

Banias neft emalı zavodundakı mənbə bir milyon barel xam neft daşıyan tankerin gəlişini təsdiqləyib və bəyan edib ki, tankerin gəlişi zavodun davamlı fəaliyyəti üçün zəmanətdir və tankerin yükü boşaldıqdan sonra emal prosesi sürətlə başlayacaq. Bu tankerdən əlavə, 4000 tondan çox qaz olan iki tanker də Banias limanına daxil olub.

Qeyd edək ki, Suriyada yanacaq böhranının kəskinləşməsi nəqliyyat sistemində problemlərə səbəb olub, istehsal xərclərinin yüksək olması nəticəsində bir çox fabrik və laboratoriyaların fəaliyyətini dayandırıb. Həmçinin bu böhran bu ölkənin paytaxtı Dəməşqin elektrik təchizatı şəbəkəsində problemlər yaradıb. Bununla bağlı Suriyanın Elektrik Nazirliyi cari aylarda elektrik enerjisinin yüksək istehlakı səbəbindən yanacaq idxalının artmasının ölkədə elektrik enerjisi ilə bağlı vəziyyətin yaxşılaşmasına nəzərəçarpacaq təsir göstərməyəcəyini açıqlayıb.

Daha çox oxuyun:
Suriyada baş verən son hadisələr, 30 Oktyabr 2022
İki İran tankeri Suriya sahillərinə çatıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir