İranın Bağdaddakı səfiri İraqın milli təhlükəsizlik müşaviri ilə görüşüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Bağdaddakı səfiri İraqın milli təhlükəsizlik müşaviri ilə görüşüb və iki ölkə arasında ortaq sərhəd bölgələrində təhlükəsizlik məsələlərini müzakirə edib.
İran İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım Aali-Sadiq dünən 10 yanvar tarixində İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci ilə görüşüb və müzakirələr aparıb. Tərəflər Bağdad və Tehran arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və onun iki xalqın və iki qonşu ölkənin maraqlarına uyğun inkişaf yollarını müzakirə ediblər.
Əl-Əərəci və Aali-Sadiq həmçinin sərhəd təhlükəsizliyi, terrorizm və qaçaqmalçılıqla mübarizə sahəsində əməkdaşlıq məsələsi ilə bağlı məsləhətləşiblər.
Xatırladaq ki, dekabrın 4-də İraq Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Rəsul İraqın baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin Türkiyə və İranın sərhəd mühafizəçiləri tərəfindən sıfır sərhəd bölgələrinin nəzarətə götürülməsi barədə əmr verdiyini açıqlamışdı.
Daha çox oxuyun: İraqın İran və Türkiyə ilə sərhəddə hərbi yerləşdirmə planının təfərrüatları
Rəy