Suriyadakı SDQ tərəfindən həbs edilən mülki vətəndaşlardan 20-si sərbəst buraxılıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, kürd silahlıları Təll-Həmis məntəqəsindən “Əl-Cəzirə ildırımı” əməliyyatı zamanı həbs olunan 20 nəfəri azad edib.
Dekabrın 29-da Suriya Demokratik Qüvvələri (SDQ) və Amerika koalisiyası İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə Hasəkə vilayətinin bəzi kənd və rayonlarında “Əl-Cəzirə ildırımı” adlı əməliyyata başlayıb və bu əməliyyat zamanı Təll-Həmis məntəqəsindən 55-dən çox mülki şəxs həbs edilmişdir.
Hazırda, bu əməliyyatın bitməsindən bir neçə gün sonra Suriya Demokratik Qüvvələri (SDQ) “Əl-Cəzirə ildırımı” əməliyyatı zamanı həbs edilən Təll-Həmis məntəqəsindən olan 20 nəfəri azad edib.
Qeyd edək ki, kürd silahlıları “Əl-Cəzirə ildırımı” əməliyyatı zamanı vətəndaşlar arasında qorxu yaratmaq məqsədilə öz mediaları vasitəsilə mülki şəxslərin həbs edilməsi əməliyyatını əks etdirən video və şəkilləri yayımlayıb və bu əməliyyatın İŞİD terror qruplaşmasına qarşı mübarizəyə uyğun olaraq həyata keçirildiyini iddia ediblər.
Rəy