İraqda baş verən son hadisələr, 10 Yanvar 2023

Çərşənbə axşamı 10 Yanvar 2023 - 22:47
https://az.iswnews.com/?p=17677

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səlahəddin əyalətinin şərqində Əl-İs məntəqəsində Həşd-Şəəbi Təşkilatının 52-ci briqadasının qüvvələri ilə İŞİD terror qruplaşmasının ünsürləri arasında baş verən qarşıdurma nəticəsində, Həşd-Şəəbi Təşkilatının qüvvələrindən biri şəhid olub, ikisi yaralanıb.

1- Bağdad:
– Yanvarın 9-da İran İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım Aali-Sadiq İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci ilə görüşüb və müzakirələr aparıb. Tərəflər Bağdad və Tehran arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və onun iki xalqın və iki qonşu ölkənin maraqlarına uyğun inkişaf yollarını müzakirə ediblər.
– Yanvarın 7-də İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani antiterror təşkilatının qərargahına baş çəkib və terrorla mübarizədə şəhid olanların xatirəsini ehtiramla yad edib.
– Yanvarın 4-də İraq Aviasiya Təşkilatı İraqın baş nazirinin Bağdad hava limanının təhlükəsizliyinə cavabdeh olan Kanadanın Biznis Intel şirkəti ilə müqaviləni ləğv etmək barədə razılığa gəldiyini açıqladı.
– Yanvarın 3-də İran İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım Aali-Sadiq İraq Respublikasının maliyyə naziri Taif Sami ilə görüşüb və müzakirələr aparıb. Tərəflər maliyyə məsələləri, gömrük, sığorta və bu əməkdaşlıqların inkişaf strategiyaları sahəsində birgə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib və fikir mübadiləsi aparıblar.

2- Kərkük:
İŞİD mediası bu yaxınlarda Kərkük vilayətinin Ər-Riyad məntəqəsi yaxınlığındakı Tarfavi kəndində bu terror qruplaşmasının ünsürlərinin İraq polis qüvvələrini daşıyan avtomobilə hücumunun videosunu yayıb.

3- Əl-Ənbar:
Yanvarın 8-də yerli mənbələr ABŞ hərbi müdafiə sistemlərinin İraqın Əl-Ənbar əyalətindəki Eyn Əl-Əsəd bazası yaxınlığında naməlum dronu vurduğunu iddia edib.

4- Səlahəddin:
Yanvarın 9-da Həşd-Şəəbi Təşkilatının 52-ci briqadasının 3-cü taborunun qüvvələri Səlahəddin vilayətinin şərqindəki Əl-İs məntəqəsində İŞİD terrorçularının hücumunu dəf edib. Bu qarşıdurmada Həşd-Şəəbi qüvvələrindən biri şəhid olub, ikisi isə yaralanıb.

5- İraq Kürdüstanı Vətənpərvərlər Birliyinin lideri Qiyas Əs-Surci deyib: “Vətənpərvərlər Birliyi ilə İraq Kürdüstanı Demokrat Partiyası arasında fikir ayrılıqları hələ də mövcuddur. İki partiyanın görüşünün rəsmi tarixi və ya konkret yeri yoxdur. Əgər görüş qərarı təyin olunarsa, liderlər tərəfindən mediada açıqlanacaq.

6- İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü Yəhya Rəsul bu ölkə ordusunun ərəb ölkələrinin orduları arasında dördüncü, dünyada isə 34-cü yerdə olduğunu açıqlayıb.

7- Suriya Nəqliyyat Nazirliyi Suriya Milli Gəmiçilik Assosiasiyasına iki ölkə arasında ticarət mübadiləsi aparmaq məqsədi ilə iqtisadi sahədə fəaliyyət göstərən nəqliyyat şirkətlərinin səyahətləri üçün İraq ərazisinə giriş vizalarının verilməsi prosesini təşkil etməyi əmr etdi.

Daha çox oxuyun: Suriya və İraq arasında quru tranzit yolu yenidən açıldı

8- İraqın Ali Məhkəmə Şurası şəhid Hacı Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadəti ilə bağlı məlumat mübadiləsi aparmaq üçün bu ölkənin ədliyyə şurasının İran məhkəmə heyəti ilə iclas keçirəcəyini elan edib.

9- Yanvarın 3-də İraq təhlükəsizlik qüvvələri dəqiq kəşfiyyat məlumatları üzərindən, Əl-Ənbar və Səlahəddin əyalətlərinin müxtəlif şəhərlərində 4 İŞİD terrorçusunu həbs edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir