İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 10 Yanvar 2023

Çərşənbə axşamı 10 Yanvar 2023 - 22:12
https://az.iswnews.com/?p=17674

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin təhlükəsizlik qurumlarının davamlı əməliyyatlarına baxmayaraq, Fələstin müqavimət dəstələri 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 15-dən çox anti-sionist əməliyyatı həyata keçirib.

Fələstinli mənbələrin məlumatına görə, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində və Qüdsdə 15 anti-İsrail əməliyyatı həyata keçirib. Bunlardan ən mühümü 3 atışma əməliyyatı, sionist mühacirlərə məxsus avtomobillərin məhv edilməsi və 10 yerdə qarşıdurmaların baş verməsidir, o cümlədən Qüds, Ramallah, Tubas, Qalqilya, Cenin, Beytləhm və Əl-Xəlildə.

Fələstin müqavimət qüvvələrinin Cenin şəhərinin əz-Zubabdə qəsəbəsində keçirdiyi əməliyyatlar zamanı fələstinli mücahidlər İsrail qüvvələrinə atəş açıb və onlarla toqquşub. Tubasın “Aqaba” və Əl-Xəlilin “Kermi Tsur” qəsəbəsindəki İsrail əsgərləri də müqavimət qüvvələrinin hədəfində olub. Hələlik itkilərin sayı və bu hücumların təfərrüatları barədə məlumat verilməyib.

Bu hücumlar sionist rejimin təhlükəsizlik qüvvələrinin son 24 saat ərzində 16 fələstinlini silah gəzdirmək və saxlamaq, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs etdiyi bir vaxtda baş verib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir