Suriyanın Əl-Bab şəhərində iki partlayış baş verib

Bazar ertəsi 9 Yanvar 2023 - 17:09
https://az.iswnews.com/?p=17569

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hələb vilayətində yerləşən Əl-Bab şəhərində iki bombanın partlaması nəticəsində bir nəfər ölüb, bir neçə terrorçu yaralanıb.

Dünən bazar günü yerli vaxtla saat 14:00 radələrində motosiklet sürücüləri terrorçuların xəbərdarlığına məhəl qoymadan nəzarət-buraxılış məntəqəsindən keçiblər və terrorçuların atəş açmasından sonra onlar dayanmağa məcbur olublar. Qarşıdurma zamanı partlayıcı maddə daşıyan hücumçulardan biri özünü partladıb, ikinci şəxs isə ağır yaralanıb. Həmçinin, terrorçuların 3 əməkdaşı yaralanıb.

Bu hadisə ilə eyni vaxtda Əl-Bab şəhərinin mərkəzində yerləşən Əl-Bəhtəri məktəbinin yaxınlığında terrorçulara məxsus avtomobil də naməlum şəxslərin bombalaması nəticəsində partlayıb. Bu partlayış nəticəsində terrorçulardan biri ağır yaralanıb.

Hələlik heç bir qruplaşma bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib, lakin bu hücumların İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən həyata keçirildiyi istisna edilmir.

Digər tərəfdən, bəzi insanlar bu hadisələrin terrorçuların daxili münaqişələri ilə bağlı olduğunu və İŞİD terror qruplaşması ilə heç bir əlaqəsi olmadığını düşünürlər.

Qeyd edək ki, Hələb, Hasəkə və Raqqa ətraflarında Türkiyənin dəstəklədiyi terrorçular arasında daxili qarşıdurmalar artmaqdadır. Bu münaqişələr onların bölgələrə nəzarəti uğrunda rəqabəti və regionda təsir imkanlarını artırmaq məqsədilə başlayıb və hələ də davam edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir