Soledar və Baxmutda baş verən son hadisələr + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiyanın birtərəfli atəşkəs rejimi bitdikdən sonra, Donetsk vilayətində yerləşən Soledar və Baxmut qəsəbələrində Rusiya ordusu ilə Ukrayna ordusu arasında ağır qarşıdurmalar yenidən başlayıb.
Yanvarın 8-i səhər saatlarında Rusiyanın birtərəfli atəşkəsi sona çatdıqdan sonra Rusiya ordusu qüvvələrinin Soledar və Baxmut cəbhələrindəki hücumları və ağır bombardmanları daha intensiv şəkildə davam etdirilib.
Soledar cəbhəsində Rusiya qüvvələri duz mədəni məntəqəsinə və Soledarın şimalındakı Çekalov və Karpinski prospektlərinə doğru irəliləmək üçün hücumlara başlayıb. Rusiya qüvvələri həmçinin Soledarın şimal-şərqindəki Blaqodatni şossesinin bir hissəsini nəzarətə götürüb və hücum istiqamətini Yurçina Qora ərazisinə keçirib.
Ümumiyyətlə, Rusiyanın ağır bombardmanlarından sonra Soledarda vəziyyət ukraynalılar üçün daha kritikdir və onların qəsəbədə birinci və ikinci müdafiə xətləri yarılıb və üçüncü müdafiə xəttində Ukrayna ordusunun 128-ci briqadasının qüvvələri ruslara qarşı müqavimət göstərir. Soledarın əksər əraziləri Rusiya qüvvələri tərəfindən dağıdılmasına baxmayaraq, ukraynalıların Soledardan geri çəkilmə xəbərləri düzgün deyil və bu qəsəbənin şimalında toqquşmalar hələ də davam edir.
Baxmut cəbhəsində Baxmut qəsəbəsinin şimal-şərqindəki Pidqorodne kəndində qarşıdurmalar davam edir. Bu kəndin ruslar tərəfindən tam ələ keçiriləcəyi təqdirdə Bəxmutun şimal tərəfdən mühasirəyə alınması prosesi sürətləndiriləcək. Həmçinin bu oxda irəliləmə davam edərsə, Krasnaqora və Paraskoviyka məntəqələri Rusiya ordusunun Pidqorodnenin şimalında növbəti hədəfi olacaq.
Baxmut qəsəbəsinin şərq və cənub-şərq ətraflarında rus ordusunun hücumları davam edir, lakin Baxmutun sənaye zonasının təmizlənməsi işi çətinliklərlə üzləşib. Hazırda Rusiya qüvvələri Baxmut qəsəbəsinin şərq və cənub girişlərində mövcuddur və son bir həftə ərzində heç bir irəliləyiş əldə olunmayıb. Bu cəbhələrdə ukraynalılar yeraltı yollar çəkərək rusların irəliləməsini ləngitməyə nail olublar.
Rusiya mətbuatının məlumatına görə, Ukrayna ordusu canlı qüvvə itkilərinin yerini doldurmaq üçün Çerniqov vilayətindən 4 min nəfəri Soledar və Baxmut cəbhələrinə göndərib. Həmçinin, bu cəbhədə Ukrayna qüvvələrinə dəstək üçün artilleriya texnikaları, beş Su-25 və iki MiQ 29 qırıcı təyyarəsi göndərilməlidir.
Ümumiyyətlə, Rusiya qüvvələri Donbass cəbhəsində davamlı hava hücumları və Soledar və Baxmuta məhdud quru hücumları ilə aşağı sürətlə əməliyyat keçirir. Bu taktika ukraynalıları bu yaşayış məntəqələrini saxlamaq üçün daha çox əlavə qüvvələr köçürməyə vadar edir ki, bununla da onların müdafiəsi üçün yeni canlı qüvvə və dəstək texnikası sərf etsinlər.
Daha çox oxuyun: Ukraynada baş verən son hadisələr, 5 Yanvar 2023
Rəy