Məqalə: Bu gün, “Şəhid Süleymani” əməliyyatının üçüncü ildönümüdür; Bölgədə Amerikanın sonunun başlanğıcına bir baxış!

Mustafa Pakdel
Yazar:Mustafa Pakdel
Bazar 8 Yanvar 2023 - 20:21
https://az.iswnews.com/?p=17525

Belə bir gündə amerikalıların terror əməliyyatlarına və müqavimət cəbhəsinin komandirlərindən ikisinin şəhid edilməsinə cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika ordusunun İraqın Əl-Ənbar vilayətində yerləşən Eynul-Əsəd bazasındakı mövqelərinə 13 ballistik raket zərbəsi endirmişdir. Qərbin dediklərinə əsasən, bu əməliyyat nəticəsində 110 amerikalı hərbçi beyin travması almışdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin keçmiş komandanı general-leytenant Hacı Qasim Süleymani və İraqın Həşd-Şəəbi Təşkilatının keçmiş müavini Əbu Mehdi Əl-Mühəndis daha səkkiz nəfərlə birlikdə 3 yanvar 2020-ci il cümə günü səhər saatlarında ABŞ-ın keçmiş prezidenti Donald Trampın əmri ilə Amerika dronlarından istifadə edilərək Bağdad hava limanına gedərkən yolda şəhid edildilər.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bu terror aktının qisasını almaq və cavab vermək üçün ilk addımda “Şəhid Süleymani” adlı əməliyyat zamanı və müqəddəs “Ya Zəhra” şuarı ilə 2020-ci il yanvarın 8-i səhər saat 1:20-də 13 ədəd Fateh-313 ballistik raketi və Qiyam raketi ilə İraqın Əl-Ənbar vilayətindəki Eynul-Əsəd hava bazasında Amerika ordusunun mövqelərini atəşə tutub.

Bir neçə saat sonra xəbər mənbələri hücumda bir neçə amerikalı əsgərin öldüyünü, bir neçəsinin isə yaralandığını bildirsə də, o vaxtkı ABŞ prezidenti hər şeyin qaydasında olduğunu demişdi. Bir neçə gün sonra Pentaqonun o zamankı sözçüsü Bill Urban elan etdi: “Eynul-Əsəd bazasında 11 amerikalı əsgər İranın raket hücumundan sonra beyin travması alıb”. Lakin bir neçə ay ərzində Pentaqon nəinki İranın Eynul-Əsədə raket hücumu nəticəsində yaralananların sayını 110 nəfərə çatdırdı, həm də yaralılardan bəzilərinin TBI kimi tanınan daha ağır beyin travması aldığını etiraf etdi.

Amerikalılar üçün itki sayından daha ağrılı olan ilkin sistemlərin işə salınmaması, raketlərə qarşı müdafiə sistemlərinin təsirsizliyi və İran raketlərinin dəqiqliyi idi. İran İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketlərinin Eynul-Əsəd bazasında təyin olunan hədəfləri vurma dəqiqliyi o qədər idi ki, hətta Qərb ekspertləri və komandirləri də bu əməliyyatın keyfiyyəti qarşısında səssiz qala bilmədilər. Bununla bağlı ABŞ ordusunun Qərbi Asiya Terrorçular Qərargahının (CENTCOM) o zamankı komandiri general Frenk Makkenzi demişdir: “Həmin raketlər on metr məsafədən öz hədəflərini vurdu. İran göstərdi ki, onun raketləri hədəflərə dəqiq zərbə endirmək qabiliyyətinə malikdir”.

Beləliklə, bu hadisədən üç il keçməsinə baxmayaraq, SEPAH-ın Eynul-Əsəd bazasına raket hücumu nəticəsində ölənlərin dəqiq statistikası dərc olunmayıb. Amerika hakimiyyəti də həmişəki kimi “damla-damla” siyasəti ilə məlumat dərc etmək siyasətini yürüdür. Lakin itkilərin sayından daha vacib olan Amerikanın dünyada hegemonluğunun iflasa uğraması və Amerikanın bölgədəki mövcudluğunun sona çatmasının başlanğıcı idi. Çünki İran silahlı qüvvələrinin Amerikanın Eynul-Əsəddəki mövqelərinə raket hücumu, İkinci Dünya Müharibəsindən sonra Amerika bazalarına ilk rəsmi hücum hesab olunurdu.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir