Suriyada baş verən son hadisələr, 7 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum silahlı ünsürlərin Təbqə hava limanının ətrafında Suriya ordusu qüvvələrinə hücumu nəticəsində Suriya əsgərlərindən biri şəhid olub.
1- Hələb:
– Yanvarın 3-də Təll-Rəəfət şəhərinin kənarında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumuna məruz qalıb.
– Dekabrın 31-də naməlum silahlı şəxslər Əl-Bab şəhərində yerləşən Əl-Dəğlbaş cəbhəsindən qayıdan “Firqətu Əl-Həmzə” terrorçularının cəbhə komandirlərindən biri “Həmmud Abdullah Əl-Miravi”ni qətlə yetiriblər.
– Dekabrın 31-də Hələbin qərbində yerləşən Kəfərnuran kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.
– Yanvarın 5-də Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin Afrin şəhərinin şimal-qərbindəki Moabtali bölgəsində yerləşən Şıxotka kəndindən “Mahir Məhəmməd Şeyx Seyyidi” və “Adnan Məhəmməd Rəşid” adlı iki mülki vətəndaşı naməlum səbəbdən həbs edib.
Daha çox oxuyun: Suriyanın Hələb vilayətində şantaj məqsədi ilə terrorçular tərəfindən mülki şəxslərin həbsi artıb!
2- İdlib:
– Yanvarın 3-də İdlibin cənubunda yerləşən “Əl-Barə”, “Əl-Ruveyha” və “Kansafra” ətraflarında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Türkiyənin müdafiə naziri Hulusi Akarın İdlibdə M4 magistral yolunda Türkiyə ilə Rusiya arasında birgə patrul xidmətinə başlaya biləcəyi ilə bağlı açıqlamasından sonra Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə Təhrir əş-Şam terrorçularının komandirləri arasında Bab Əl-Huvi keçid məntəqəsində gizli görüş keçirilib.
Daha çox oxuyun: Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşları Təhrir əş-Şam terrorçuları ilə görüşüb
3- Dəraa:
– Naməlum silahlı ünsürlər Suriya ordusunun Semlin qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsini hədəfə alıb. Nəticədə “Məhəmməd Ər-Rufai” adlı müəllim şəhid olub, 4 Suriya əsgəri yaralanıb. Yaralılar Sanmin şəhər xəstəxanasına aparılıb.
Daha çox oxuyun: Suriyanın Dəraa şəhərində bir mülki şəxs şəhid olub və dörd əsgər yaralanıb + FOTO
– Dail şəhər əhalisi “Fə Zeehu Əhlə Dail” adlı bir kampaniya başlatmaqla Suriyanın daxilində və xaricindəki şəxslərdən bir milyard Suriya lirəsindən çox pul yardımı toplamağa nail oldu.
4- Deyr əz-Zor:
– Amerika koalisiyası və Suriya Demokratik Qüvvələri (SDQ) Əl-Şəhil qəsəbəsində xüsusi əməliyyat keçirərək bir nəfəri həbs edib.
Daha çox oxuyun: Amerika koalisiyası Suriyanın şərqində Əl-Ömər neft yatağının ətrafında xüsusi əməliyyat həyata keçirib
– Dekabrın 31-də Əl-Ömər neft yatağına raket hücumundan sonra Amerika koalisiyası və Suriya Demokratik Qüvvələri Əbu Əl-Nitl kəndində təhlükəsizlik əməliyyatına başlayıb.
– Amerika koalisiyasına aid hava təchizatlarının Əl-Məyadin şəhərində müqavimət dəstələrinin mövqelərinə hücumu ilə bağlı yayılan xəbərləri İslam Dünyası Xəbərlərinin cəbhə mənbəyi təkzib etdi.
Daha çox oxuyun: Suriyada müqavimət cəbhəsinin mövqelərinə hava hücumunu təkzib edirik
– Yanvarın 3-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınıb. Bu hücumdan sonra Amerika qırıcıları və dronları ərazidə kəşfiyyat uçuşu həyata keçirib.
– Yanvarın 4-də Amerika koalisiyasının Koniko qaz yatağındakı mövqeləri 10-dan çox raketlə hədəfə alınıb. İslam Dünyası Xəbərlərinin cəbhə mənbəyi raket hücumundan sonra bu əraziyə bir neçə təcili yardım maşınının göndərildiyini bildirib.
Daha çox oxuyun: Suriyadakı Amerika hərbi bazasına ardıcıl ikinci gün raket hücumu!
5- Raqqa:
– Yanvarın 7-də naməlum silahlı ünsürlərin Təbqə hava limanının ətrafındakı ərazidə Suriya ordusu qüvvələrinə hücumu nəticəsində Suriya əsgərlərindən biri şəhid olub.
– Yanvarın 7-də Türkiyə ordusunun dronları Eyn-İsa şəhərinin qərbindəki Əl-Xalidiyyə kəndində Suriya Demokratik Qüvvələrinə məxsus qərargahı hədəfə alıb.
– Dekabrın 31-də naməlum silahlı şəxslərin “Hərəkət Ət-Təhrir vəl-Bina” terrorçularının cəbhə komandirlərindən birinin “Xızr əl-Cəmmu” Səluk kəndində yerləşən avtomobilinə atəş açması nəticəsində, o, ağır yaralanıb.
6- Həsəkə:
– Suriya Demokratik Qüvvələri (SDQ) və Amerika koalisiyası dekabrın 29-da başlayan “Əl-Cəzirə İldırımı” əməliyyatının davamında Həsəkə vilayətinin müxtəlif kənd və bölgələrində İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə 150-dən çox dinc sakini həbs edib.
Daha çox oxuyun: Kürd silahlıları İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə mülki vətəndaşları həbs etməyə davam edir!
– Yanvarın 5-də naməlum silahlı şəxslər iraqlı qaçqınların məsulu Əbu Müslim Əl-İraqini Rəs Əl-Eyn şəhərinin ətrafındakı “Eyn Əl-Hisan” kəndindəki evinin qarşısında qətlə yetiriblər.
Daha çox oxuyun: Suriyanın Həsəkə əyalətində iraqlı qaçqınların məsulu öldürülüb
7- Dəməşq:
– Yanvarın 2-də sionist rejim ordusunun qırıcılarının Dəməşqin beynəlxalq hava limanına hücumu nəticəsində iki suriyalı əsgər şəhid olub, ikisi isə yaralanıb.
Daha çox oxuyun: İsrail rejiminin Dəməşqə hava hücumu nəticəsində iki suriyalı əsgər şəhid oldu
– Yanvarın 4-də BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Aali-Nihyan Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bəşər Əsəd və Abdullah bin Zayed iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və Əbu-Dabi ilə Dəməşq arasında ticarət və iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər.
Daha çox oxuyun: BƏƏ xarici işlər naziri son on ildə ikinci dəfə olaraq Suriyaya səfər etdi!
8- Quneytərə:
Yanvarın 2-də Quneytərə əyalətində yerləşən Seyda – Əl-Covlan yolunda Suriya ordusuna məxsus avtomobilin yoluna yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində bir neçə Suriya ordusu əsgəri şəhid olub və yaralanıb.
9- Türkiyə mediası Suriya, Türkiyə və Rusiya arasında bu ayın ikinci yarısında BƏƏ-də üçtərəfli görüşün keçirilə biləcəyi ilə bağlı xəbər yayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bir neçə gün əvvəl üçtərəfli görüşün yerinin hələ müəyyən edilmədiyinə dair sözlərinə istinad edən bu media əlavə edib ki, bu görüşün keçirilməsi üçün bir neçə ölkə variantları nəzərdən keçirilir.
Daha çox oxuyun: Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşünün ikinci mərhələsinin keçirilməsi ehtimalı var
10- Suriya Nəqliyyat Nazirliyi, Suriya Milli Gəmiçilik Assosiasiyasına iki ölkə arasında ticarət mübadiləsini həyata keçirmək məqsədi ilə iqtisadi sahələrdə fəaliyyət göstərən nəqliyyat şirkətlərinin səyahətləri üçün İraq ərazisinə giriş vizalarının verilməsi prosesini təşkil etməyi əmr etdi.
Daha çox oxuyun: Suriya və İraq arasında quru tranzit yolu yenidən açıldı
11- BƏƏ-nin BMT-dəki nümayəndəsi Lana Zəki Nəsibə Təhlükəsizlik Şurasında Suriya kimyəvi məsələlər üzrə dosyada siyasi işlərin davam etdirilməsini tənqid edərək, bu işin ən qəliz siyasi işlərdən biri olduğunu deyib. O, bəyan edib: “Biz bütün tərəflərdən Kimyəvi Silahların Qadağası Təşkilatının razılaşma və siyasiləşdirməyi ehtiva edən prinsiplərinə əsaslanaraq hərəkət etmələrini tələb edirik. İstənilən şəraitdə və yerdə kimyəvi silahdan istifadəyə qarşı çıxmaqla bağlı mövqeyimiz bəllidir.”
12- Yanvarın 7-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəsi 5 dəfə pozublar, bunlardan 3-ü İdlib vilayəti, 2-si isə Latakiya əyaləti ilə bağlı olub.
Rəy