Suriyanın Hələb vilayətində şantaj məqsədi ilə terrorçular tərəfindən mülki şəxslərin həbsi artıb!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin dəstəklədiyi terrorçuların Şıxotka kəndinin iki sakinini həbs etdikdən sonra 150 dollar müqabilində onları azad edəcəklərini açıqlayıblar.
Yanvarın 5-də Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin Afrin şəhərinin şimal-qərbindəki Moabtali məntəqəsində yerləşən Şıxotka kəndindən “Mahir Məhəmməd Şeyx Seyyidi” və “Ədnan Məhəmməd Rəşid” adlı iki mülki şəxsi naməlum səbəblərdən həbs edib.
Həmin şəxsləri həbs edib naməlum yerə aparan silahlı şəxslər həbs olunanların ailələrindən cərimə kimi 150 dollar alacaqları təqdirdə onları azad edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Afrin şəhəri və ətrafı 2018-ci ilin martından Türkiyənin dəstəklədiyi terrorçuların nəzarəti altındadır. Bu ərazilərin terrorçular tərəfindən işğalından sonra Afrin və ətraf rayonlar hər zaman terrorçular tərəfindən müxtəlif bəhanələrlə mülki şəxslərin həbslərinin şahidi olub. Son aylarda şantaj etmək məqsədi ilə məhbusların sayı artıb.
Rəy