Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşünün ikinci mərhələsinin keçirilməsi ehtimalı var

Cümə 6 Yanvar 2023 - 23:01
https://az.iswnews.com/?p=17396

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya, Türkiyə və Rusiyanın üçtərəfli görüşü bu ayın ikinci yarısında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Türkiyə mətbuatı bu ayın ikinci yarısında BƏƏ-də Suriya, Türkiyə və Rusiya arasında üçtərəfli görüşün keçirilə biləcəyini yazıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bir neçə gün əvvəl üçtərəfli görüşün yerinin hələ müəyyən edilmədiyinə dair sözlərinə istinad edən bu media əlavə edib ki, bu görüşün keçirilməsi üçün bir neçə ölkə variantları nəzərdən keçirilir.

Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin qısa müddətdən sonra görüşəcəklərini və danışıqların nəticəsi müsbət olarsa, prezidentlər səviyyəsində müzakirə edəcəklərini açıqlayıb.

Ərdoğan əlavə edib: “Rusiya prezidenti Vladimir Putinlə mühüm telefon danışığım olub və Suriya məsələsində baş verənləri və Suriya ilə əlaqələrimizin gedişatını müzakirə etdik. Bu danışıqda Ankaranın məqsədinin regionda sülh və sabitliyin bərqərar olması olduğunu vurğuladım.”

Xatırladaq ki, dekabrın 28-də Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri Moskvada üçtərəfli görüş keçirib. Bu görüşdə iştirak edən tərəflər Suriya böhranının həlli, immiqrantlar və Suriyada terrorla mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.

Daha çox oxuyun: Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir