Fələstində baş verən son hadisələr, 6 Yanvar 2023

Cümə 6 Yanvar 2023 - 22:39
https://az.iswnews.com/?p=17392

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin daxili təhlükəsizlik naziri İtamar bin Qafir fələstinli məhbuslara qarşı cəzaların gücləndirilməsini təmin etmək üçün Nəfaha həbsxanasına baş çəkib.

– Yanvarın 1-də Fələstin müqaviməti hərbi qüdrətini gücləndirmək üçün raket sınaqlarını davam etdirmək məqsədilə dənizə doğru bir neçə raket atdı.
– Yanvarın 1-də sionist rejimin baş naziri Benyamin Netanyahu və Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea bir-biri ilə görüşüb söhbət ediblər. Bu görüşdə İsrail rejiminin baş nazirinə cari kəşfiyyat və əməliyyat məsələləri və Mossadın bütün fəaliyyəti, xüsusən də İran işi ilə bağlı məlumat verilib.

Daha çox oxuyun: İsrailin baş naziri Mossad rəhbəri ilə görüşüb

– Sionist rejim əsgərləri Cəninin qərbindəki Kəfər Dan kəndinə hücum edib, nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verib. Sionist qüvvələri ilə Fələstin müqavimət qüvvələri arasında atışma zamanı iki fələstinli İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edilib, bir neçə nəfər isə ağır yaralanıb.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 2 Yanvar 2023

– Yanvarın 3-də İsrail rejimi əsgərlərinin Beytləhmdəki Əl-Dahişə düşərgəsinə hücumu zamanı 16 yaşlı fələstinli yeniyetmə Adəm Əyyad şəhid oldu.
– Yanvarın 3-də sionist rejimin daxili təhlükəsizlik naziri İtamər bin Qafir ciddi təhlükəsizlik tədbirləri ilə Məscidül-Əqsaya basqın etdi.
– Yanvarın 3-də İsrail mediası olan “Valla” xəbər saytı sionist rejimin ordusunun bu rejimin daxili təhlükəsizlik naziri İtmar bin Qafirin Əl-Əqsa məscidinə basqınına müqavimət göstəriləcəyi qorxusu ilə döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan etdi.
– Yanvarın 4-də İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərətrafı ərazilərində dronlarından birinin qəzaya uğradığını elan etdi. Bu hesabata görə, bu dronun qəzaya uğrama səbəblərinin araşdırılmasına başlanılıb və onun məlumat sızması ilə bağlı heç bir narahatlıq yoxdur.
– Yanvarın 4-də İsrail ordusu Qəzza zolağından işğal olunmuş ərazilərə doğru raket atıldığını və nəticədə bu zolağın sərhədlərinə düşdüyünü, yaxınlıqdakı sionist yaşayış məntəqələrində həyəcan siqnalının işə salınmadığını bildirdi.
– Yanvarın 5-də sionist rejimin daxili təhlükəsizlik naziri İtamər bin Qafir fələstinli məhbuslara qarşı cəzaların gücləndirilməsini təmin etmək üçün Nəfaha həbsxanasına baş çəkib.
– İşğal olunmuş Qüdsdəki sionist rejimin baş ravvini “Şolo Əmmar” Əmir Ohananın Knessetin yeni rəhbəri təyin edilməsini sərt şəkildə tənqid edib.
– Livan Hizbullahının media bölməsi Benyamin Netanyahunun başçılıq etdiyi yeni sionist kabinetinin formalaşmasından cəmi bir neçə saat sonra “Qadirun … Sənəbur” (Biz keçə bilərik və keçəcəyik) adlı video yayımladı. İsrail mediası bu faylın Hizbullah tərəfindən yayımlanmasını sionist rejim üçün təhdid mesajı kimi qiymətləndirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir