Suriyada müqavimət cəbhəsinin mövqelərinə hava hücumunu təkzib edirik
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasına məxsus hava təchizatlarının Deyr əz-Zor vilayətinin Əl-Məyadin şəhərində müqavimət dəstələrinin mövqelərinə hücumu ilə bağlı yayılan xəbərləri İslam Dünyası Xəbərlərinin cəbhə qaynağı təkzib edib.
Bəzi yerli və beynəlxalq KİV-lər bildirmişdilər ki, son günlər Əl-Ömər neft yatağına və Koniko qaz yatağına raket hücumlarına cavab olaraq Amerika koalisiyasına məxsus hava təchizatları Deyr əz-Zor vilayətində yerləşən Bakras bölgəsi və Əl-Məyadin şəhərindəki müqavimət dəstələrinin mövqelərini hədəfə alıblar.
Bu xəbərlərin dərcindən sonra İslam Dünyası Xəbərlərinin cəbhə qaynağı Amerika koalisiyasının hava təchizatlarının Əl-Məyadin şəhəri və Bakras bölgəsindəki müqavimət dəstələrinin mövqelərinə hücumu ilə bağlı yayılan xəbərləri təkzib edib.
Belə görünür ki, bu media fitnəsi Amerika koalisiyasına yaxın jurnalistlər tərəfindən Əl-Ömər neft yatağında və Koniko qaz yatağında Amerikanın mövqelərinə son raket hücumlarından sonra psixoloji təzyiqi azaltmaq və media şəraitini ələ almaq məqsədi ilə həyata keçirilib.
Daha çox oxuyun: Suriyadakı Amerika hərbi bazasına iki gün dalbadal raket zərbələri endirilib!
Rəy