Ukraynada baş verən son hadisələr, 5 Yanvar 2023

Cümə axşamı 5 Yanvar 2023 - 22:14
https://az.iswnews.com/?p=17338

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu son bir həftə ərzində Ukraynanın paytaxtı Kiyevdəki enerji obyektlərinə və hərbi sənaye komplekslərinə üç mərhələsi Şahid-136 kamikadze dronları və iki mərhələsi geniş miqyaslı raket əməliyyatları olmaqla beş əməliyyatla hücum edib.

1- Kiyev:
– Dekabrın 30-da Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinin Truişçina və Vışqorod məntəqələrinə bir neçə Şahid-136 kamikadze dronları ilə hücum etdi.

– Yanvarın 1-də, 2023-cü ilin səhər saatlarında Rusiya ordusu bir neçə Şahid-136 kamikadze dronu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə hücum etdi. Həmçinin Nikolayev və Odessa səmasında Rusiyaya məxsus kamikadze dronlarının səsi eşidilib, lakin onların hədəflərinin dəqiq təfərrüatları hələlik açıqlanmayıb.
Ukrayna ordusu iddia edir ki, 2023-cü ilin əvvəlindən 45 Şahid-136 kamikadze dronunu məhv edib. Bu iddia Kiyevdəki yerli mənbələrin Qolosivski və Şevçenkovski rayonlarında bir neçə partlayışın baş verdiyini təsdiqlədiyi halda irəli sürülür. Görünən odur ki, Ukrayna ordusunun kamikadze dronlarını vurmaqla bağlı qeyri-real iddiaları bu hücumların psixoloji təsirini azaltmaq üçündür. Dekabrın 29-dan etibarən Rusiya ordusunun müxtəlif raket və dron hücumları artıb və bu, Rusiyanın Ukraynaya beşinci ağır hücumudur.

– Yanvarın 2-də axşam saatlarında Rusiya ordusu bir neçə Şahid-136 kamikadze dronundan istifadə etməklə Kiyevdə Ukraynanın enerji qurğularına hücum edib.
Aşağıdakı videolarda gördüyünüz kimi, Ukrayna ordusunun hava hücumundan müdafiəsi Rusiya dronunu və ya dronlarını vurmaq üçün çox çalışır, lakin bu dronlar nəhayət hədəflərə zərbələr endirir.

2- Donetsk:
– Rusiya Xarici İşlər Nazirliyinin hesabatına görə, Ukrayna ordusunun Makioka qəsəbəsi yaxınlığındakı Rusiya silahlı qüvvələrinin müvəqqəti bazasına raket zərbəsi endirməsi nəticəsində 63 rus əsgəri həlak olub. Bu rəqəm yanvarın 4-də 89 nəfərə yüksəlib.
Bu hücum çoxlu Himars reaktiv yaylım atəşi sistemlərindən (ABŞ tərəfindən hazırlanmış və hədiyyə edilmiş) altı raketdən istifadə etməklə həyata keçirilib. Rusiya ordusu bu raketlərdən ikisini vurub, daha dörd raket isə hədəflərə zərbələr endirə bilib.
Onlayn xəritədə baxın

– Yanvarın 3-də rus ordusu ağır artilleriya ilə Baxmut cəbhəsindən Soledara hücum etdi. Baxmut şəhərinin şərq girişində və Opitene kəndində Baxmut cəbhəsinin münaqişələri davam edir.
– Yanvarın 4-də Rusiya qüvvələri Soledardan cənuba doğru irəliləyərək Dekonskaya dəmiryol stansiyasına nəzarəti ələ ala bildilər.

3- Zaporojya:
– Rusiya mətbuatının məlumatına görə, Rusiya ordusu Qolyapol qəsəbəsinin cənubunda yerləşən Drojnyanka ərazisini nəzarətə götürə bilib.

– Yanvarın 3-də Rusiya ordusu bir neçə ballistik raketlə Zaporojya şəhərində Ukrayna infrastrukturuna hücum etdi.

– Yanvarın 4-də Ukrayna ordusunun Tokmak və Vasiliyuka bölgəsinə artilleriya hücumu nəticəsində xəstəxana dağıdılıb, azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

4- Rusiya:
Yanvarın 2-də axşam saatlarında Ukrayna ordusu Bryansk vilayətində Klimovo elektrik paylayıcı stansiyasına bir kamikadze dronu ilə hücum edib. Bu hücum heç bir itki ilə nəticələnməsə də, bu kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

– Yanvarın 3-ü axşam saatlarında Ukrayna ordusu Krım yarımadasında və Rusiyanın qərbində yerləşən Rostov vilayətindəki rus mövqelərinə 4 kamikadze dronu ilə hücum edib.
Rostov şəhərinin şimalındakı sakinlərinin yaydığı açıqlamalara və görüntülərə görə, Rusiya ordusunun hava hücumundan müdafiəsi Bolşi Sala və Çeltir bölgələrinin səmasında iki kamikadze dronunu vurmağa müvəffəq olub. Həmçinin Sevastopol icra hakimi bu şəhərin səmasında iki kamikadze dronunun vurulduğunu açıqlayıb.

5- Dekabrın 29-da Rusiya ordusu Xarkov və Dnepropetrovsk şəhərlərində Ukrayna qüvvələrinin elektrik qurğusuna və mövqelərinə bir neçə Şahid-136 kamikadze dronu ilə hücum edib. Bu hücumlarla eyni vaxtda Rusiya ordusunun artilleriyası Zaporojya, Xerson və Nikolayev cəbhələrində Ukrayna qüvvələrinin mövqelərinə də hücum edib.

Daha çox oxuyun: Rusiya ordusu Ukrayna şəhərlərini Şahid-136 dronları ilə darmadağın edib + VİDEO

6- Dekabrın 29-da səhər saatlarında Rusiya ordusunun raket və aerokosmik qüvvələri Ukrayna ordusunun Kiyev, Odessa, Sami, Vinnitsa, Xarkov, Lvov, Ternopil, Nikolayev və Poltava şəhərlərindəki enerji obyektlərinə və müdafiə sistemlərinə qanadlı raketlərlə hücum edib.

Daha çox oxuyun: Rusiya ordusu Ukraynanın enerji və müdafiə obyektlərinə qarşı şiddətli raket əməliyyatı həyata keçirib + FOTO

7- Dekabrın 31-də Rusiya ordusunun sualtı qayıqları günorta saatlarında Ukraynanın Kiyev, Nikolayev, Zaporojya, Xerson, Kramatorsk, Vinnitsa və Xmelnitski şəhərlərindəki sənaye, hərbi və yaşayış obyektlərinə bir neçə qanadlı raketlə hücum edib. Bu hücumlarda bir nəfər ölüb, biri yapon jurnalist də daxil olmaqla 39 nəfər yaralanıb.
Bu, dekabrın 29-dan bəri Rusiya ordusunun Ukraynaya qarşı dördüncü irimiqyaslı hava hücumu və ikinci raket əməliyyatı olub.

Daha çox oxuyun: Rusiyanın 2022-ci ilin son günündə Ukraynaya raket hücumu + VİDEO və FOTO

8- Ukrayna prezidenti Vladimir Zelenski İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının İsrailin işğalı işinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsi ilə bağlı qətnaməsinin əleyhinə səs vermək tələbini rədd edib. Ukrayna prezidentinin mənfi cavab verməsinin səbəbi, Netanyahunun İsrailin müdafiə sistemlərini Ukraynaya göndərməməsinə görə olduğu açıqlanıb.
Qeyd edək ki, Ukrayna səfiri sözügedən qətnamə barəsindəki səsvermədə bitərəf qalıb.

9- Yanvarın 4-də Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri Krım yarımadasında yerləşən Nijenqorski məntəqəsi səmasında Ukraynaya məxsus iki kamikadze dronunu vurub. Bu dronlar düşdükdən sonra partlayıb və yerli medianın məlumatına görə, bu partlayışlar heç bir itki və dağıntıya səbəb olmayıb.

10- Vladimir Putin yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 00:00-dək Ukraynada tərəflər arasında bütün cəbhə boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Bu barədə Kremldən məlumat verilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir