Ənsarullah Səudiyyə koalisiyasının 13-cü Scan Eagle PUA-nı məhv etdi!

Cümə 25 Fevral 2022 - 23:00
https://az.iswnews.com/?p=1732

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullahın hava hücumundan müdafiə qüvvələri fevralın 25-də Mərib əyalətinin cənubunda yerləşən Əl-Cəvbə şəhəri səmasında Səudiyyə Ərəbistanına məxsus “Scan Eagle” PUA-nı məhv edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin verdiyi məlumata görə, Səudiyyə koalisiyasına məxsus Scan Eagle PUA-sı bu gün səhər, 25 fevral 2022-ci il tarixində Əl-Cəvbə səmasında Ənsarullah hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edilərək vurulub.

Dron Yəmən müharibəsi zamanı Ənsarullah tərəfindən vurulan 13-cü Scan Eagle casus PUA-sı dır.

  • Birinci 2021-ci il iyunun 19-da Mərib vilayətinin qərbindəki Əl-Məşcəh yüksəkliklərində
  • İkinci 2021-ci il iyunun 22-də Mərib vilayətinin qərbindəki Əl-Məşcəh yüksəkliklərində
  • Üçüncü 2021-ci il avqustun 14-də Mərib vilayətinin Mədğəl şəhərində
  • Dördüncü 2021-ci il sentyabrın 27-də Mərib vilayətinin Mədğəl şəhərində
  • Beşincisi 2021-ci il noyabrın 9-da Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Altıncısı 2021-ci il noyabrın 13-də Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Yeddinci 2021-ci il dekabrın 4-də Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Səkkizinci 2021-ci il dekabrın 8-də Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Doqquzuncu 2021-ci il dekabrın 10-da Mərib vilayətinin qərbindəki Sərvah şəhərində
  • Onuncu 2021-ci il dekabrın 16-da Mərib vilayətində Vadi şəhərində
  • On birinci 2021-ci il dekabrın 24-də Əl-Cəvf vilayətində Əl-Yətmə qəsəbəsində
  • On ikinci 2022-ci il yanvarın 29-da Mərib əyalətinin cənubdakı Əl-Cəvbə şəhərində

Daha çox oxuyun:
Ənsarullah Səudiyyə koalisiyasının on ikinci ScanEagle PUA-nı məhv etdi!
İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir