Yəməndə baş verən son hadisələr, 24 Fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullahın Əl-Cəvf əyalətinin şimal hissəsindəki hücumu Cəbəl Dabinin Səudiyyə koalisiyasının nəzarətindən azad edilməsinə səbəb olub.
1- Əl-Cəvf:
Ənsarullah Əl-Cəvf vilayətinin şimalında yerləşən Cəbəl Dabini Səudiyyə koalisiyasının nəzarətindən azad edib. Hazırda Qarimil bölgəsində və Səədə əyalətinin Əl-Əcaşir bazasının kənarında qarşıdurmlar davam edir.
2- Həccə:
- Hərəz, Hiran və Midi cəbhələrində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında toqquşmalar davam edir.
- Səudiyyə koalisiyasının pilotsuz təyyarəsinin Şəfər şəhərinə gedən yolda avtomobilə hücumu nəticəsində bir mülki şəxs şəhid olub.
3-Səədə:
Səudiyyə koalisiyasının Şada və Mənbeh şəhərlərinə artilleriya hücumları nəticəsində 1 nəfər şəhid olub, 1 nəfər yaralanıb.
4- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullah bölgələrini 49 dəfə bombalayıb.
Bu hücumlara aşağıdakılar daxildir: Həccə vilayətində 42 dəfə Hərəz şəhəri, 3 dəfə Abbas şəhəri, 2 dəfə Hiran şəhəri, bir dəfə Müstəba şəhəri və bir dəfə Mərib vilayətində Mahiliyyə şəhəri.
5- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 216 dəfə pozublar.
Rəy