Hüseyniyyun Azərbaycan İslam Müqaviməti və nəzdində olan Azərbaycan Araşdırma Mərkəzinin son həftədəki fəaliyyətlərinin hesabatı

Şənbə 7 Yanvar 2023 - 00:48
https://az.iswnews.com/?p=17245

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son həftədə Hüseyniyyun Azərbaycan İslam Müqaviməti və nəzdində olan Azərbaycan Araşdırma Mərkəzi, Hacı Qasim Süleymani və onunla birgə şəhid olmuş şəxslərin şəhadətinin 3-cü ildönümü münasibəti ilə bir sıra fəaliyyətlər göstərib.

– Dekabrın 31-də “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans keçirilib.

İran İslam Cümhuriyyətinin Urmiya şəhərində Tələbə Səfərbərlik Müqavimətinin Beynəlxalq Özəyinə aid Qafqaz Regional Qərargahının təşkilatçılığı ilə “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans baş tutub.

Bu konfransa İraq, Əfqanıstan, Yəmən, Suriya, Pakistan, Nigeriya və Azərbaycanın müqavimət cəbhəsi nümayəndələri dəvət olunub.
Həmçinin Hüseyniyyun Azərbaycan İslam Müqavimətini, bu konfransda Şeyx Tohid İbrahimbəyli təmsil edib.

– Yanvarın 1-də Şeyx Tohid İbrahimbəyli İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Gömrüyə Nəzarət İdarəsi işçiləri ilə görüşüb.

İran İslam Respublikasının Urmiya şəhərində Qafqaz Regional Qərargahının təşkilatçılığı ilə keçirilən “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans çərçivəsində səhər saatlarında Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Təşkilatının təsisçisi Şeyx Tohid İbrahimbəylinin İranın Qərbi Azərbaycan əyaləti gömrüyünə nəzarət idarəsinin işçiləri ilə görüşü baş tutub.

– Yanvarın 1-də Şeyx Tohid İbrahimbəyli Urmiya universitetinin müəllim heyəti ilə görüşüb.

İran İslam Respublikasının Urmiya şəhərində Qafqaz Regional Qərargahının təşkilatçılığı ilə keçirilən “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans çərçivəsində Şeyx Tohid İbrahimbəylinin Urmiya universitetinin müəllim heyəti ilə görüşü baş tutub.

– Yanvarın 1-də Şeyx Tohid İbrahimbəyli Qərbi Azərbaycan əyaləti üzrə İslam Təbliğatı Təşkilatının qonağı oldu.

İran İslam Cümhuriyyətinin Urmiya şəhərində Qafqaz Regional Qərargahının təşkilatçılığı ilə keçirilən “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans çərçivəsində Şeyx Tohid İbrahimbəyli, Qərbi Azərbaycan əyaləti üzrə İslam Təbliğatı Təşkilatının sədri Höccətül-İslam Mənsur İmani ilə görüşü baş tutub. Bu görüşdə əsasən regional problemlər, sionist israil rejiminin iki ölkənin xalqları arasında yaratmağa çalışdığı fitnələr və həll yolları müzakirə olunub.

Daha sonra Hüseyniyyun Azərbaycan Müqavimət Hərəkatının təsisçisi Şeyx Tohid İbrahimbəyli Şəhid Qasim Süleymaninin şəhadətinin 3-cü il dönümü münasibətilə təşkil olunmuş şeir gecəsində çıxış edib. O, çıxışı zamanı Hüseyniyyunun yaranma tarixindən və Azərbaycanın hazırkı vəziyyətindən söz açıb.
Mərasimdə bir neçə Əhli-Beyt (ə) şairinə hədiyyələr təqdim olunub.

– Yanvarın 2-də Şeyx Tohid İbrahimbəyli Urmiya Tibb universitetində çıxış edib.

İran İslam Cümhuriyyətinin Urmiya şəhərində Qafqaz Regional Qərargahının təşkilatçılığı ilə keçirilən “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans çərçivəsində Urmiya Tibb universitetində Şəhid Qasim Süleymaninin şəhadətinin il dönümü münasibətilə təşkil olunmuş mərasimdə Hüseniyyun Azərbaycan Müqavimət Hərəkatının təsisçisi Şeyx Tohid İbrahimbəyli çıxış edib.
Mərasimdə İraq, Suriya, Yəmən müqavimətinin nümayəndələri də iştirak edirlər.

– Yanvarın 2-də Hüseyniyyun Azərbaycan İslam Müqaviməti təsisçisi olan Şeyx Tohid İbrahimbəyli Fars Xəbər Agentliyinə müsahibə verib.

Müsahibədə deyilir: “Hacı Qasim hegemon dövlətlərlə mübarizədə örnək olub. Onun dünyada hegemon dövlətlərə qarşı mücahidlər nəslinin yetişdirilməsində rolu misilsizdir.”

– Yanvarın 2-də Hacı Qasim Süleymaninin şəhadətinin 3-cü il dönümü münasibətilə bu əzəmətli şəhidin dəfn olunduğu Kerman şəhərinin şəhidlər xiyabanına gedən mərkəzi yolda, azərbaycanlı ruhani tələbələr və Hüseyniyyun Azərbaycan Müqavimət Təşkilatının üzvləri tərəfindən mokəb qurulub.
Mokəbdə təmsil olunan bu nümayəndələr Azərbaycan Müqaviməti və Azərbaycan xalqının vəziyyəti barədə ziyarətçiləri və mediaları məlumatlandırırlar.

– Yanvarın 2-də Şeyx Tohid İbrahimbəyli Marağa şəhəri əhalisinin təşkil etdiyi təntənəli tədbirdə iştirak edib

İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində Hacı Qasim Süleymaninin şəhadətinin 3-cü il dönümü münasibətilə təntənəli mərasim keçirildi.

Bu mərasimə dəvət alan Şeyx Tohid İbrahimbəyli əhali tərəfindən böyük ehtiramla qarşılandı.

Tədbirin sonunda məşhur iranlı rəssam Əlihüseyn Əmini tədbir boyunca çəkib tamamladığı Hacı Qasim Süleymaninin portretini fəxri qonaq kimi Şeyx Tohid İbrahimbəyliyə hədiyyə etdi.

– Yanvarın 3-də azərbaycanlıların Kerman şəhərində qurduğu mokəbdən yeni görüntülər təqdim olunub.
Mokəbdə təmsil olunan bu nümayəndələr ehsan paylayır, Azərbaycan Müqaviməti və Azərbaycan xalqının vəziyyəti barədə ziyarətçiləri və mediaları məlumatlandırırlar.

– Yanvarın 3-də İran İR televiziyasının azərbaycanlıların Kerman şəhərindəki mokəbindən reportajı yayımlanıb.

İran İR-ın 1-ci TV kanalı azərbaycanlıların Hacı Qasimin şəhadəti münasibətilə şəhidin dəfn olunduğu Kerman şəhərində qurduğu mokəbdən reportaj hazırlayıblar.

– Yanvarın 3-də Şeyx Tohid İbrahimbəyli Urmiyanın Bəqiyyətullah məscidində əhali ilə görüşüb.

İran İslam Cümhuriyyətinin Urmiya şəhərində Qafqaz Regional Qərargahının təşkilatçılığı ilə keçirilən “Süleymaninin Silahdaşları” adlı beynəlxalq konfrans çərçivəsində Hüseniyyun Azərbaycan Müqavimət Hərəkatının təsisçisi Şeyx Tohid İbrahimbəyli Urmiyanın Bəqiyyətullah məscidində Şəhid Qasim Süleymaninin şəhadətinin 3-cü il dönümü münasibətilə təşkil olunmuş mərasimdə çıxış edib və əhali ilə yaxından həmsöhbət olub.

– Yanvarın 3-də Azərbaycanlıların Hacı Qasimin şəhadəti münasibətilə şəhidin dəfn olunduğu kerman şəhərində qurduğu mokəbdən yeni görüntülər yayımlanıb.

Əziz Əhli-Beyt (ə) məddahı İlkin Məmmədovun ifa etdiyi bu gözəl ifanın tam versiyasını aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

– Yanvarın 3-də Hüseyniyyun İslam Müqavimətinin nəzdində olan Azərbaycan Araşdırma Mərkəzinin sədri Şeyx Orxan Məmmədov Hacı Qasim Süleymani və onunla birgə şəhid olanların şəhadətlərinin 3-cü ildönümü münasibəti ilə İRNA xəbər agentliyinə müsahibə verib.

Sərdar Hacı Qasim Süleymaninin silahdaşı olan Şeyx Orxan Məmmədov Sərdarın xarakterini müxtəlif aspektlərdən araşdırmaq lazım olduğunu vurğulayaraq və belə deyib: Bəzən biz bəzi məqamlara etinasız yanaşırıq.

O əlavə edib: Hacı Qasimin Azərbaycan cəmiyyətindəki mövqeyi və xarakteri elədir ki, onun şəhadət xəbəri açıqlanan zaman bəzi qurumların qiymətləndirmələrinə əsasən 80 mindən çox azərbaycanlı gənc öz profil şəkillərini dəyişərək onun şəklini qoyublar ki, bu da Azərbaycan cəmiyyəti üçün çox əhəmiyyətli rəqəmdir.

O deyib: “Yeni İslam sivilizasiyasından danışanda Hacı Qasim nümunə ola bilər və biz Azərbaycanda bu məsələnin ardıncayıq”.

Məmmədov Orxan əlavə edib: Sərdar Hacı Qasim Süleymaninin xarakteri və performansı inqilab rəhbərinin əmri əsasında əldə edilə bilən bir modeldir, biz bu modeli təqdim etməliyik və bu, bizim bir çoxumuzun olduğu bir zamandadır. Cavanlarımız şəhid hacı Qasim Süleymani dərəcəsinə çata bilər; Necə ki, Sərdar Süleymani kimi adi birisi, kənddən və adi ailədən mənəvi zirvələrə çatdı.

O deyib: Sərdar Süleymani olduqca uzaqgörən insan idi və müasir İslam sivilizasiyası üçün gözəl nümunədir və mənim fikrimcə o, imamla ümmət arasında effektiv vasitəçilik etməyi bacaran bir şəxs idi və buna görə də biz bölgədəki imam və ümmətin birliyinin şahidi oluruq.

O, əlavə edib: “General Hacı Qasim Süleymaninin xidmətlərində diqqətdən kənarda qalan ən böyük nüans odur ki, o, tərbiyəçi idi. Xalqı elə tərbiyə edə bildi ki, o, öz imamını düşünsün, İmam və ümmət arasında gözəl bir bağ yaransın.”

Şeyx Orxan Məmmədov bildirib: General Hacı Qasim Süleymani Fatimiyyun, Zeynəbiyyun, Hizbullah və iranlılardan fərqli mədəniyyətləri bir araya toplayıb ki, onlar yaşasınlar, bir-birlərinin mədəniyyətini tanısınlar və vahid cəbhədə vuruşsunlar. O, müxtəlif mədəniyyətlərdən olan bu mücahidləri bir yerə toplamışdır.

O əlavə edib: Hüseyniyyun Azərbaycanda Hacı Qasimin yadigarıdır. O, bizə ümmətpərəst olmağı, İmam Mehdinin (s) zühuruna nəzər salmağı və İran İslam Respublikasının İslamın əsas xeyməsi olmasını öyrətdi.

Hüseyniyyun İslam Müqavimətinin Azərbaycan Araşdırma Mərkəzinin sədri Şeyx Orxan Məmmədov Hacı Qasim Süleymani barəsində şahidi olduğu xatirələrdəndə danışıb. Ətraflı: Hacı Qasim vilayətin möcüzəsi idi – Şeyx Orxan Məmmədov

Mənbə

– Yanvarın 4-də “Hacı Qasim Süleymaninin məktəbində dinlər və məzhəblər” adlı konfrans keçirilib.

Urmiya şəhərində “Hacı Qasim Süleymaninin məktəbində dinlər və məzhəblər” adlı konfrans keçirilib. Konfransda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri iştirak ediblər. Bir neçə xristian və müsəlman ölkələrin nümayəndələrinin də iştirak etdiyi bu konfransa Hüseyniyyun Azərbaycan Müqavimət Təşkilatının təsisçisi Şeyx Tohid İbrahimbəyli də dəvət alıb.
Konfransın sonunda türk dilinə tərcümə olunmuş Şəhid Qasim Süleymanin həyatı barədə olan iki kitabın təqdimatı olub.

– Yanvarın 4-də “Hacı Qasim Süleymaninin məktəbində dinlər və məzhəblər” adlı konfransdan sonra dəyirmi masa təşkil olunub.

İran İslam Cümhuriyyətinin Urmiya şəhərində baş tutan “Hacı Qasim Süleymaninin məktəbində dinlər və məzhəblər” adlı beynəlxalq konfransdan sonra, xüsusi qonaqların bu mövzunu daha ətraflı müzakirə etməsi üçün dəyirmi masa təşkil olunub və dini fəalların sualları cavablandırılıb.
Xüsusi qonaqlar arasında Şeyx Tohid İbrahimbəyli Şəhid Qasim Süleymaninin xalqların milli kimliyinə verdiyi dəyər mövzusunda çıxış edib və bu mövzuda olan sualları cavablandırıb.

– Yanvarın 4-də “Şəhid Süleymani məktəbi” adlı beynəlxalq toplantı keçirilib və Südabə İbrahimli bu konfransda çıxış edib.

İran İslam Cümhuriyyətinin paytaxtı Tehran şəhərində “Şəhid Süleymani məktəbi” adlı ilk beynəlxalq toplantı keçirilib. Yanvar ayının 4-ü başlayan və 2 gün davam edən bu toplantıda, region ölkələrindən İslami müqavimət hərəkatlarının nümayəndələri, xarici ölkələrin səfirləri, siyasi-ictimai fəallar, habelə İranın dövlət rəsmiləri də iştirak ediblər.
Azərbaycanı bu toplantıda təmsil edən Südabə xanım İbrahimli çıxışı zamanı şəhid Qasim Süleymaninin sionizmlə mübarizədə göstərdiyi rəşadətinə, Əliyev rejiminin Azərbaycanda hər sahədə xalqa qarşı apardığı zülm siyasətinə, qəhrəman Qarabağ qazilərinin baxımsızlıqdan çarəsiz qalaraq intihar etdiyinə, ölkədə məqsədyönlü şəkildə əxlaqsızlığın təbliğinə, ölkə sərvətlərinin yad qüvvələr tərəfindən talanmasına, cavanların özlərini zühura hazırlamasının vacibliyinə və s. toxunub.

– Yanvarın 4-də Kerman əhalisi azərbaycanlılarla xüsusi və səmimi görüş keçiriblər.

Şəhid Qasim Süleymaninin şəhadətinin 3-cü il dönümü münasibətilə İranın Kerman şəhərində mokəb quran azərbaycanlı tələbələr və Hüseyniyyun Azərbaycan Müqavimət Təşkilatının nümayəndələri, Kerman əyalətinin sakinləri tərəfindən şəhər və rayonlara dəvət olunublar. Mokəbin nümayəndələri 2 gün Kerman əyalətinin 5 müxtəlif bölgəsində sakinlərin evlərində və tədbirlərdə qonaq qismində iştirak ediblər.

Mokəb nümayəndələri, bu tədbirlərdə Azərbaycanın hazırkı vəziyyətindən, Əliyev hakimiyyətinin şiələr və din əleyhinə represiyalarından, sionist israil rejiminin Qafqaz regionunda xüsusilə Azərbaycandakı çirkin planlarından söz açıblar. Habelə bu nümayəndələr Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan xalqının Şəhid Qasim Süleymaniyə olan sevgisinə və bu əzəmətli şəhidin Hüseyniyyun Azərbaycan Müqavimət Təşkilatının yaranması üçün çəkdiyi zəhmətlərə də toxunublar.

– Yanvarın 5-də mokəb nümayəndələri sünni əhalinin qonağı olublar.

Xəbər verdiyimiz kimi, Sərdar Qasim Süleymaninin şəhadətinin 3-cü il dönümü münasibətilə İranın Kerman şəhərində xidmət mokəbi quran azərbaycanlı tələbələr və Hüseyniyyun Azərbaycan Müqavimət Təşkilatının nümayəndələri, Kerman əyalətinin sakinləri tərəfindən müxtəlif şəhər və rayonlara dəvət olunublar. Həmçinin onlar bu iki günlük səfərdə Kermanın Əhli-Sünnə əhalisinin dəvəti ilə, şəhid Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə təşkil etdikləri tədbirdə xüsusi qonaq qismində iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar Şəhid Süleymaninin məzhəbindən və dinindən asılı olmayaraq bütün insanları müdafiə etməsindən, sünnilərin şiələrlə birlikdə regionda təkfirçilərə qarşı mübarizələrindən, məzhəblərarası vəhdətin və sionizmə qarşı daha da sıx birləşməyin vacibliyindən söz açıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir