İşğalçı İsrail səfiri: “İran rejiminin ən böyük qurbanı onun xalqıdır”

Cümə axşamı 5 Yanvar 2023 - 11:32
https://az.iswnews.com/?p=17240

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, bu sözləri işğalçı İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“İran Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda qeyri-sabitlik və müharibələrin bəlkə də əsas mənbəyidir. İran qlobal problemdir və ona görə də bütün dünya İranı dayandırmalıdır. İran rejiminin ən böyük qurbanının elə İran xalqı olduğunu görürük”, – səfir vurğulayıb.

O bildirib ki, İran rejimindən, onun qadınlarla bağlı, azadlığa, ifadə azadlığına qarşı siyasətindən hər kəs əziyyət çəkir.

C.Dikin sözlərinə görə, İran əhali sayına görə dünyada ən çox edamın həyata keçirildiyi ölkədir: “Evin” həbsxanasında hər gün insanlara işgəncə verirlər. Sırf öz fikrini bildirdiklərinə, azadlığı dəstəklədiklərinə görə adamları asırlar. Bu insanlar yalnız azad olmağı, hər bir azərbaycanlının, hər bir israillinin yaşadığı normal həyatı yaşamağı istəyir”.

Qeyd edək ki, işğalçı sionist rejimin Azərbaycan Respublikasındakı səfiri bununla birgə İran İ.R əleyhinə artıq neçənci dəfədir ki, təxribat yönümlü ifadələr söyləyir və müsahibələr verir. Onun iddialarına heç bir dəlil və sübut yoxdur. O, əsassız iftiralar söyləməklə öz vəzifə başçılarına “Məndə İran əleyhinə bir xidmət göstərdim.” kimi sətraltı mesasjlar verməkdədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir