Suriyadakı Amerika hərbi bazasına iki gün dalbadal raket zərbələri endirilib!

Cümə axşamı 5 Yanvar 2023 - 10:44
https://az.iswnews.com/?p=17236

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Deyr əz-Zorun şimalında yerləşən Koniko qaz yatağındakı Amerika hərbi bazası naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb.

Amerika koalisiyasının Koniko qaz obyektlərindəki mövqeləri dünən 4 yanvar tarixində 10-dan çox raketlə hədəfə alınıb. İslam Dünyası Xəbərlərinin cəbhə mənbəyi raket hücumundan sonra bu bazaya bir neçə təcili yardımın getdiyini bildirib.

Bildirilir ki, bu raketlər Deyr əz-Zor hava limanının kənarında yerləşən Əl-Məriiyyə məntəqəsindən Koniko qaz obyektlərinə doğru atılıb. Hələlik heç bir qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bununla əlaqədar olaraq Amerika Birləşmiş Ştatları Ordusunun Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) 4 yanvar tarixində yerli vaxtla saat 09:00-da Koniko bazasına iki raket atıldığını bildirərək, “bu hücumun heç bir itki və ya dağıntıya səbəb olmadığını” açıqladı.

Centcom-un məlumatına görə, Suriya Demokratik Qüvvələri (SDQ) üçüncü raketi atılmadan əvvəl aşkarlayıb.

Bu, Amerika koalisiyasının Suriyadakı mövqelərinə son günlər ərzində ikinci, son bir həftədə isə üçüncü hücumdur. 3 yanvar tarixində isə Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri naməlum şəxslər tərəfindən raket hücumu ilə hədəfə alınmışdır.

Daha çox oxuyun:
Suriyadakı Əl-Ömər neft yatağında Amerika mövqelərinə raket zərbələri endirilib

2022-ci ilin son ayları ərzində Suriyanın şərqindəki ABŞ bazaları dünənki hücum kimi bir neçə raket və dron hücumu ilə üzləşib.

Amerika və onun müttəfiq qüvvələri 2014-cü ildə İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə Suriyaya hücum edib. İndi Deyr əz-Zor, Raqqa və Həsəkə əyalətlərinin böyük bir hissəsi Amerika qüvvələrinin və onun dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır. 2015-ci ildən ABŞ komandanlığı Suriyanın enerji resurslarına nəzarət etmək məqsədi ilə Suriyanın şərqində Fərat çayı boyunca neft yataqlarında bir neçə hərbi baza yaradıb.

Suriyanın dövlət rəsmiləri Suriyanın ABŞ-ın bir neçə ildir işğal altında saxlaması və müharibə şəraitində olan bu ölkənin zəngin neft ehtiyatlarının ABŞ tərəfindən talan edilməsinin Suriyanın neft və qaz sektoruna 107,1 milyard dollar ziyan vurduğunu açıqlayıb.

Suriya hökuməti və müttəfiqləri 2017-ci ilin sonunda İŞİD-in məğlub olduğunu elan etsə də, ABŞ hələ də ölkənin bəzi hissələrini işğal edir və tərk etməkdən imtina edir. Dəməşq və müttəfiqləri ABŞ-ın Suriyadakı hərbi mövcudluğunu açıq-aşkar işğal kimi qiymətləndirir, lakin həmişə olduğu kimi, beynəlxalq təşkilatlar ABŞ-ın hərəkətlərinə göz yumur və bu ölkənin resurslarının talanması davam edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir