Pakistanın Multan şəhərinin ordu təhlükəsizliyi xidmətinin rəhbəri qətlə yetirildi + VİDEO və FOTO

Cümə axşamı 5 Yanvar 2023 - 10:18
https://az.iswnews.com/?p=17220

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum silahlı şəxslər Pəncab əyalətində yerləşən Multan şəhərində Pakistan Ordusu Təhlükəsizliyi Xidmətinin iki yüksək rütbəli zabitini qətlə yetiriblər.

Naməlum silahlı şəxslər (ehtimal ki, Təhrik-e-Taliban Pakistan) dünən 4 yanvar tarixində Pəncab əyalətinin Xanival bölgəsindəki Multan şəhərində Pakistan Ordusu Təhlükəsizliyi Xidmətinin (ISI) iki yüksək rütbəli zabitini, o cümlədən bu təşkilatın rəhbəri Nəvid Sadiq Səyyal-ı qətlə yetiriblər.

Nəvid Sadiq Səyyal Pakistan Ordusu Təhlükəsizliyi Xidmətinin (ISI) yüksək rütbəli sədrlərindən biri idi və ötən il Pakistan prezidenti Arif Ələvi tərəfindən dəyərli səylərinə görə şücaət ordeni ilə təltif olunmuşdur.

Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib və Təhrik-e-Taliban Pakistan (TTP) qruplaşmasının Pakistan hökumət qüvvələrinə qarşı törətdiyi terror aktlarının artması səbəbindən bu sui-qəsdin də bu qrupun üzvləri tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Pakistan Ordusu Təhlükəsizliyi Xidməti və ya ISI, Pakistan Ordusunun nəzarəti altında olan və bu ölkənin daxili və xarici təhlükəsizlik məsələləri ətrafında fəaliyyət göstərən Pakistanın əsas təhlükəsizlik təşkilatıdır.

Pakistan Ordusu Təhlükəsizliyi Xidməti üzvlərinin öldürüldüyü yer
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir