Hizbullahın baş katibi: Hacı Qasim vilayətin əsgəri idi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı axşam Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin ildönümü ilə bağlı çıxış edib.
Seyid Həsən çıxışının əvvəlində qripindən söz açaraq deyib: “Son bir neçə gündə baş verənlərə görə bütün tərəfdarlardan üzr istəyirəm. Mən sizin fikrinizi məşğul etdim. Mənim üçün dua edən hər kəsə təşəkkür edirəm. Narahat olacaq bir şey yoxdur və sizi buna əmin etmək istərdim. Keçən 30 ildə boğaz nahiyəmnən azacıq allergiyam olub və Seyid Abbas şəhid olanda buna görə xəstəxanaya yerləşdirilmişəm.”
Hizbullahın baş katibi daha sonra əlavə edib: “Məsihin mövludu və Yeni ili təbrik edir və ümid edirəm ki, yeni il Livan və bütün region xalqları üçün xeyir və bərəkətlərlə dolu, uğur və ümid ili olacaq. Bir neçə gün öncə Həzrəti Fatimeyi Zəhranın (s) şəhadətinin ildönümü və Ayətullah Şeyx Misbah Yəzdi, Əllamə Şəhid Şeyx Nimr ən-Nimr başda olmaqla bir sıra alimlərin vəfatının ildönümünü qeyd etdik. Son bir neçə gündə bir neçə yaxınımızı da itirdik, onlarla əlaqədar olaraq başsağlığı verirəm.”
Nəsrullah bildirib ki, Hacı Qasim Süleymani son iyirmi ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə rəhbərlik edib. Hacı Qasim cəbhələrimizə daxil olanda üç xüsusiyyətə malik idi; Onun xasiyyəti hər şeydən əvvəl sadiqlik və səmimiyyəti ilə yanaşı, yüksək təqvası və Allaha qovuşmaq istəyi ilə bağlıdır. İkinci xüsusiyyət odur ki, o, vilayətin əsgəri idi və ilkin cəhət tutma və strategiyalarda gördüyü işlər vəlinin, yəni İmam Xameneinin qaydalarına uyğun idi. Hacı Qasim İranın prezidentliyi üçün təklif edilən variantlardan biri idi, lakin o, bunu rədd edərək cihadda fəaliyyət göstərməyə üstünlük verdi. Hacı Qasim vilayət generalı deyildi, vilayət əsgəri idi və məzarı üzərinə vilayət əsgəri yazmağı vəsiyyət etmişdir. O, belə yaşayırdı.
Hizbullahın baş katibi əlavə edib ki, təəssüf ki, bəziləri hələ də müqavimət cəbhəsinin üzvü olan ölkələrin yalnız İrana tabe olduqlarını düşünürlər; Amma bu heç də belə deyil, daha doğrusu, onlar öz vətənlərinə, müqəddəsliklərinə inanan qüdrətlərdir və Hacı Qasim onlara köməyə gəlib. Hacı Qasim öz ağlı, tədbiri, daimi mövcudluğu və səmimiyyəti ilə əsas müqavimət dəstələrini koordinasiya və əlaqələndirməyi bacardı. O, bu sahənin hər birinə daxil oldu və onların gücünü ikiqat artırdı. Hacı Qasim görüşləri və bilavasitə ön cəbhədə iştirakı ilə onlara maddi və mənəvi dəstək oldu, ümid verdi.
O, bildirib ki, Hacı Qasim son iyirmi ildə regionda Amerikanın iki növ planı ilə mübarizə aparıb. Amerikanın bölgədəki planı hegemonluq, hökmranlıq və hər şeyi ələ keçirmək planı idi və bu layihənin mərkəzində də İsrail dayanırdı. Süleymani və digər şəhid komandirlərin qarşısında durduğu Amerikanın bölgədəki planının ilk modeli Livan və Fələstində “Yeni Yaxın Şərq” planı oldu. ABŞ planının ilk variantı 2001-ci ildə oğul Corc Buş hakimiyyətə gəldikdən sonra işə salındı. Nəşr edilənlərə görə, Əfqanıstan bu planda olmayıb. Sentyabrın 11-i ABŞ-ın Əfqanıstan və İraqa girmək, İran və Suriyaya yaxınlaşmaq planına təkan verdi. Fələstində və Livanda müqaviməti hədəfə almaq 2006-cı ildə başlayıb. Hava və su limanlarında və sərhədlərdə çoxmillətli qüvvələrin işğalı və məcburi yerləşdirilməsi bu planın tələb etdiyi şərtlər arasında idi.
Seyid Həsən bildirib ki, Hacı Qasim Süleymani məhz burada komandir kimi cəbhə xəttinə daxil olub. İran və Suriya müqavimət göstərdilər və möhkəm qaldılar və bu cür düşmən iyul müharibəsində məğlub oldu. Sionistlərin Livana qarşı müharibəsi qalib gəlsəydi, Suriyaya qarşı bu müharibə də davam edərdi; Amma bu baş vermədi və burada şəhid Süleymani cəbhəyə daxil oldu. İraqdakı şiə və sünni qrupları işğalçı qüvvələrlə səmimi vuruşdular və o günlərdə əməliyyatlar əla keçdi. İşğalçı qüvvələri geri çəkilməyə məcbur etdilər; Lakin onlar dayananda əməliyyatlar intensivləşdi ki, nəhayət, onlar bu çıxışa məcbur oldular.
Nəsrullah deyib ki, İraqdakı müqavimət fəaliyyətini, İran və Suriyanın sabitliyini, Livan və Fələstindəki müqaviməti bir araya gətirsək, nəticədə Amerika planının birinci modeli sona çatdı və uğursuzluğa düçar oldu. Amerika planının ilk modelinin nəticəsi, ABŞ-ın birinci modelə yeddi trilyon dollar xərcləməsinə baxmayaraq, Trampın özünün etiraf etdiyi İraqa gizli şəkildə getməli olması oldu. İran belə mövqe tutmasaydı, Suriya müqavimət göstərməsəydi, xalqların müqavimət göstərmək iradəsi olmasaydı, Amerika bölgəmizi işğal etsəydi, nə olardı?
O, amerikalıların ikinci planına işarə edərək bildirib ki, ikinci variant Obamadan başlayıb və onlar böyük miqyaslı müharibələrin iflasa uğradığını anlayıblar. Onlar başa düşdülər ki, İsrailə güvənmək müharibələrdə uğursuzluqdur. Amerikanın regiondakı müttəfiqləri, Amerikanın {öz müttəfiqləri olan} Zeyn Əl-Abidin Bin Əlini (Tunisdə) və Hüsnü Mübarəki (Misirdə) dəstəkləmədiyini görəndə dəhşətə gəldilər. Obama və ondan sonrakılar Amerika planının ikinci modelini qabağa apardılar. Amerika layihəsinin ikinci variantında isə müharibələr {bir ölkə daxilində} insanların bir-biri ilə vuruşması və təkfirçilərin daşınması ilə, qəbilələr müharibəsi formasını alır.
Hizbullahın baş katibi əlavə edib ki, Amerika layihəsinin ikinci modelində Süleymani və Əl-Mühəndis meydanda iştirak etməli olduqları üçün açıq şəkildə hərəkətə keçdilər. Bu planın ikinci variantı da bu iki komandirin, Süleymani və Əl-Mühəndisin bölgədə müqaviməti, sabitliyi və mövcudluğu səbəbindən uğursuzluğa düçar oldu. Bu iki böyük və tarixi uğursuzluqdan sonra Tramp gəldi; Tramp gördü ki, müqavimət cəbhəsinə qarşı həlledici hücum təşkil etməlidir və bu, komandirlər Süleymani və Əl-Mühəndisin öldürülməsi idi. Bu sui-qəsdin məqsədi müqavimətin belini qırmaq, iraqlıları qorxutmaq və Suriya, İran, Livan və Fələstində müqavimət cəbhəsinin üzvlərini zəiflətmək olub. Xalqa elan edirəm ki, Hacı Qasim Süleymaninin məktəbi, onun davamçısı (Hacı İsmayıl Qaani) və … (komandirlər) tərəfindən qüdrətlə öz işinə və yoluna davam edir.
Seyid Həsən bildirib ki, Amerikanın planları Şəhid Süleymaninin cənazəsinin milyonluq və tarixi dəfn mərasimi ilə əks nəticələr verib. Şəhid Süleymaninin cənazəsinin dəfn mərasimi iranlılar üçün ruhlandırıcı və daimi simvola, iranlı komandirlər üçün isə sabitlik amilinə çevrildi. Amerikanın İraqdakı planı da bu ölkənin bütün nüfuzlu və sədaqətli mərcələrinin həmrəylik bəyanatı, eləcə də Bağdaddakı milyonluq nümayişlə əks nəticə verdi; Həmin nümayiş ki, xalqın Amerika hərbçilərinin İraqdan çıxarılmasını tələb etdiyinin bariz səbəbi idi. Şəhid Süleymaninin şəhadətindən Tramp və Amerika heç bir hədəfinə nail olmadı; Lakin Şəhid Süleymaninin Allaha qovuşmaq, Allahın peyğəmbərləri və övliyaları ilə görüşmək kimi məqsədləri gerçəkləşdi.
Nəsrullah Amerikanın planının üçüncü modelinin iqtisadi müharibə ilə başladığını və bunun əlavə izahata ehtiyacı olduğunu bildirib. O, əlavə edib: “Sionistlərin dəlilərin yer aldığı yeni nazirlər kabineti səhvlər və axmaqlıqlarla bu rejimin sonunu sürətləndirəcək. Fələstində və Qüdsdə Məscidül-Əqsaya, İslamın müqəddəs yerləri və Xristianların müqəddəs yerlərinə hücum, nəinki Fələstinin vəziyyətini partlayışa yaxınlaşdıracaq, həm də bütün bölgəni partlatacaq. Biz Livanın müdafiəsi ilə bağlı müharibə qaydalarında heç bir dəyişiklik və ya hər hansı bir güzəştə getməyəcəyik.
Hizbullahın baş katibi deyib ki, əslində gözlər bu yeni sionist nazirlər kabinetində və Fələstin, Qüds, İordan çayının qərb sahili və Məscidül-Əqsadadır. Livandakı müqavimətin dəstəyə ehtiyacı yoxdur, onun istəyi müqavimətin kürəyindən bıçaq vurmayan, ona qarşı sui-qəsd etməyən prezidentdir ki, bu bizim təbii haqqımızdır. Prezidentin bir sıra xüsusiyyətləri olmalıdır ki, mən əlavə etdim ki, o, müqavimətə qarşı sui-qəsd edib kürəyimizdən bıçaq vurmamasıdır. Bu bizim haqqımızdır.
Seyid Həsən izah edib ki, müqaviməti kürəyindən bıçaqlamayan prezident ölkəni vətəndaş müharibəsinə aparmır. Barışıq və dialoq istəyən və Livanı təhdid və təhlükələrdən qorumağa kömək edən prezident olsun. Bu, bütün ölkənin xeyrinədir.
Seyid Həsən Nəsrullah bəyanatının yekun hissəsində bu ölkədəki tərəflər arasındakı fikir ayrılıqlarına və Hizbullahın dialoqu dəstəkləməsinə toxunaraq bildirib ki, gələcək çıxışında Amerika planının üçüncü modeli, yəni iqtisadi müharibə planından danışacaq.
Rəy