Suriyanın Dəraa şəhərində bir mülki şəxs şəhid olub və dörd əsgər yaralanıb + FOTO

Çərşənbə 4 Yanvar 2023 - 16:46
https://az.iswnews.com/?p=17202

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum silahlı şəxslərin Suriya ordusunun Semlin qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində bir mülki şəxs şəhid olub, Suriya təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı yaralanıb.

Naməlum silahlı şəxslər dünən 3 yanvar tarixində Suriya ordusunun Dəraa vilayətində yerləşən Semlin qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsini hədəfə alıb, nəticədə “Məhəmməd ər-Rifai” adlı müəllim şəhid olub, 4 Suriya əsgər yaralanıb. Yaralılar Sanmin şəhər xəstəxanasına aparılıb.

2 yanvar tarixində isə Əbu Hartin-Məsirtiyyə yolunda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində Suriya ordusunun “Nəsib Nəcdət Dağman” və “Əla Şaban Musa” adlı iki əsgəri şəhid olub, bir nəfər isə yaralanmışdır.

Qeyd edək ki, son aylarda Dəraa əyaləti müxtəlif qarşıdurmalar, o cümlədən sui-qəsdlər və hədəfli terror fəaliyyətləri səbəbindən Suriya təhlükəsizlik qüvvələrinin çoxsaylı əməliyyatlarının şahidi olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir