Kürd silahlıları İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə mülki vətəndaşları həbs etməyə davam edir!

Çərşənbə axşamı 3 Yanvar 2023 - 20:25
https://az.iswnews.com/?p=17166

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDQ) Amerika koalisiya qüvvələri ilə birlikdə İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyanın Həsəkə vilayətinin kəndlərində bir neçə həbs əməliyyatı keçirib.

Suriya Demokratik Qüvvələri (SDQ) və Amerika koalisiyası dekabrın 29-da başlayan “Əl-Cəzirə İldırımı” əməliyyatının davamında Həsəkə vilayətinin müxtəlif kənd və bölgələrində İŞİD terror qruplaşmasına qarşı döyüşmək bəhanəsi ilə 150-dən çox mülki vətəndaşı həbs edib.

Kürd silahlıları video və şəkilləri dərc etməklə iddia edir ki, bu əməliyyat zamanı İŞİD-ə və bu terror qruplaşmasının gizli ünsürlərinə qarşı həbs əməliyyatı keçirib, çoxlu sayda da hərbi geyim forması və bəzi silah-sursat əldə edib.

Qeyd edək ki, Suriyanın şimalındakı cəbhə hadisələri və Türkiyə ordusunun kürd silahlı birləşmələrinə qarşı yeni əməliyyata başlaması ehtimalı ilə əlaqədar SDQ qüvvələri İŞİD terror qruplaşmasına qarşı mübarizəni əsas hədəfə çevirməyə çalışır. Kürd silahlılarına yaxın medialar iddia edir ki, İŞİD ünsürləri hələ də SDQ-nin üstünlük təşkil etdiyi ərazilərdə mövcuddur və bu terror qruplaşması ilə bağlı təhlükələr gizli ünsürlər vasitəsilə mövcud olmaqda davam edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir