Yəmənin istefa vermiş hökuməti Əl-Qişn sahillərini BƏƏ-yə təhvil verib + FOTO

Çərşənbə axşamı 3 Yanvar 2023 - 19:37
https://az.iswnews.com/?p=17157

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, istefa vermiş Yəmən hökuməti Əl-Məhrə əyalətinin sahilindəki Ras Şervin ərazisini BƏƏ-nin “Əcham” şirkətinə təhvil vermək planı ilə razılaşıb.

Yəmən xəbər mənbələrinin bildirdiyinə görə, Yəmənin istefa vermiş hökuməti, istefa vermiş hökumətin baş naziri Muin Əbdül Məlikin əmri ilə, Əl-Məhrə əyalətinin Əl-Qişn rayonunda yerləşən Ras Şervin sahilyanı ərazisinin “Əcham” adlı BƏƏ şirkətinə təhvil verilməsi haqqında müqavilə imzalayıb.

Bu müqaviləyə əsasən, Əcham şirkəti istefa vermiş hökumətə yüz milyon dollar ödəmək müqabilində Ras Şervin sahil bölgəsində liman tikərək, əhəng daşı da daxil olmaqla, Yəmən minerallarını ixrac etmək imtiyazını əldə edəcək. Bu limana birinci mərhələdə bir kilometr uzunluğunda çoxsəviyyəli sahil zolağı, 300 metr uzunluğunda estakada və 14 metr uzunluğunda su girişi daxil olacaq.

Ras Şervin bölgəsinin adı Əl-Qişn rayonunun sahillərindəki Şervin dağ silsiləsindən götürülüb. Bu yüksəkliklər nadir minerallarla zəngindir və həmçinin, onun BƏƏ tərəfindən işğalı yəmənli balıqçıların Əl-Məhrə sahillərindəki fəaliyyətini problemlə üzləşdirəcək.

Daha çox oxuyun:
BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?
Yəmənin işğal olunmuş əraziləri Amerika səfirinin idarəçiliyindədir + FOTO

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir