Təhrir əş-Şam terrorçularının rəhbəri Türkiyə ilə Suriya danışıqlarına qarşı çıxıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrir əş-Şam terror qruplaşmasının lideri “Lən Nusalih” adlı qısa videoda Türkiyə ilə Suriya arasındakı sıx əlaqələrə və iki ölkə rəsmilərinin Moskvadakı görüşünə reaksiya verib.
“Təhrir əş-Şam” redaksiya heyətinin media departamenti bu qruplaşmanın lideri Əbu Məhəmməd Əl-Colaninin “Lən Nusalih” (Biz heç vaxt güzəştə getməyəcəyik) adlı videoçarxını dərc edərək, Türkiyə ilə Suriyanın yaxın münasibətlərinə reaksiya verib.
Bununla bağlı Əl-Colani bəyan edib: “Suriya və Rusiya hökumət rəsmiləri arasında Türkiyə ilə görüş və danışıqlar Suriya inqilabının məqsədlərindən təhlükəli bir sapmadır və biz hər hansı bir razılaşma planını rədd edirik. Tərəfdarlarımız üzülməsin”.
O, daha sonra deyib: “Biz hər bir qeyrətli sadiq adamı əlindən gələni etməyə, əlini əlimizə qoymağa və bu çətinliklər qarşısında yanımızda olmağa və (qanuni Suriya hökuməti) hökuməti devrilənə qədər vədinə davam etməyə dəvət edirik”.
Xatırladaq ki, dekabrın 28-də Türkiyə və Suriyanın müdafiə nazirləri 11 ildən sonra ilk dəfə tarixi görüşdə bir araya gələrək müzakirələr aparıblar. Bu görüşdən sonra bəzi suriyalı mənbələr Ankaranın bu üçtərəfli görüşdə bütün qüvvələrinin Suriya ərazisindən çıxarılmasına dair öhdəlik götürdüyünü iddia etmişdir.
Daha çox oxuyun: Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib
Esad Suriye’nin meşru başkanıdır.Muhalif olduklarını söyleyenler,Amerika-İsrail ve Amerika desteklidir.